Daxili Qoşunların Naxçıvan Alayının yaranmasının 15 illiyi münasibətilə mərasim keçirilmişdir

Daxili Qoşunların Naxçıvan Alayının yaranmasının 15 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir.
Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra Naxçıvan Muxtar Respublikası daxili işlər naziri Əhməd Əhmədov və Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, Daxili Qoşunların Komandanı general-leytenant Zakir Həsənov çıxış etmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov hərbi hissənin bütün əsgər və zabitlərini təbrik edərək demişdir ki, hər bir ölkənin müstəqilliyi, hərtərəfli inkişafı üçün onun güclü ordusu olmalıdır. Ordusu olmayan, əmin-amanlığı, ictimai təhlükəsizliyi qorunmayan dövlət müstəqil ola bilməz. Bu gün Azərbaycanda güclü dövlətçilik, qüvvətli ordu, möhkəm, davamlı sabitlik var, dövlət-ordu-xalq birliyi mövcuddur. Xalqımızın böyük oğlu Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olduğu kimi, ölkəmizdə ordu quruculuğunun, Silahlı Qüvvələrin də yaradıcısıdır. Bu bir faktdır ki, Heydər Əliyev şəxsiyyəti və sarsılmaz iradəsi olmasaydı, Azərbaycan Silahlı Qüvvələri bugünkü səviyyəyə gəlib çata bilməzdi. Ordunun hər bir dövlətin müstəqilliyi üçün vacib şərtlərdən olduğunu daim diqqət mərkəzində saxlayan ümummilli liderimiz XX əsrin 70-ci illərindən başlayaraq Azərbaycan xalqının unudulmaqda olan hərbi ənənələrini dirçəltmiş, azərbaycanlı gənclərin hərbi məktəblərə, ali hərbi təhsilə cəlb edilmələri, orduya çağırışların bayramsayağı qeyd olunması barədə dövlət orqanlarına xüsusi tapşırıqlar vermiş, dövlət və ordu quruculuğunun möhkəm əsaslarını və ənənələrini yaratmışdı. Təəssüf ki, 1987-1993-cü illərdə Azərbaycanda bu ənənələr unuduldu. Bu dövrdə ulu öndərimizin yolundan uzaqlaşmağın nəticəsi o oldu ki, torpaqlarımızın 20 faizi itirildi. Nizami ordu əvəzinə bir milyondan çox qaçqın və köçkünlər ordusu yarandı. Sabitlik pozuldu. Anarxiya, dağıdıcılıq halları artdı. Bütün bunlar ölkəmizin siyasi taleyinə birbaşa təsir göstərirdi. Azərbaycan hansı yolla getməlidir? Müstəqillik qorunacaq, sabitlik yaranacaq, yoxsa yenidən başqa dövlətlərin təsiri altına düşəcəyik? O zaman bu sual hamını düşündürürdü. Azərbaycan xalqı demokratiya, müstəqillik, siyasi sabitlik yolunu tutdu və 1993-cü ildə ümummilli lider Heydər Əliyevi ali hakimiyyətə dəvət etdi. Bu tarixdən başlayaraq dövlət müstəqilliyimiz dönməz xarakter aldı.
Ali Məclisin sədri hazırda Daxili Qoşunların daha da gücləndirilməsi sahəsində tədbirlərin muxtar respublikada da ardıcıl şəkildə həyata keçirildiyini bildirərək demişdir ki, 15 il bundan əvvəl, 1995-ci il aprelin 10-da Naxçıvanda yaradılan Daxili Qoşunların taboru mühüm təşkilatlanma mərhələsi keçmiş, inkişaf edərək tabordan alaya çevrilmişdir.
Ali Məclisin sədri Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 11 mart tarixli sərəncamı ilə təltif edilmiş polkovnik-leytenant Tofiq Hüseynova "Hərbi xidmətlərə görə" medalını və müvafiq vəsiqəni təqdim etmişdir.
Xidmətdə fərqlənmiş bir qrup hərbi qulluqçuya rütbələr verilmiş, mükafatlar təqdim olunmuşdur.
Xüsusi təyinatlı dəstənin nümunəvi çıxışları olmuşdur. Şəxsi heyət nizami addımlarla tribunanın önündən keçmişdir.
Sonra yeni xüsusi təyinatlı texnikaya və avtomobillərə baxış keçirilmişdir.
Ali Məclisin sədri alayın idman şəhərciyi ilə tanış olmuş, əsgərlərlə birlikdə nahar etmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında