Dövlət sosial sığorta şəhadətnaməsi alanların sayı artıb

Məlumdur ki, Azərbaycanda əmək pensiyaları hər bir işləyən vətəndaşın işlədiyi müddətdə aldığı əməkhaqqından gələcək sosial müdafiəsini təmin etmək məqsədilə Sosial Müdafiə Fonduna ödədiyi məcburi sosial sığorta haqlarına əsasən təyin olunur.
Bu isə pensiya məbləğini sosial sığorta haqlarının vaxtında ödənilməsindən birbaşa asılı edır. Ödənilmiş sosial sığorta haqlarının fərdi uçotunun aparılması məqsədilə DSMF hər bir sığortaolunanı fərdi uçot sistemində uçota alaraq onun üçün unikal sosial sığorta nömrəsi olan fərdi şəxsi hesab açır. Həmin hesabda sığortaolunanların gələcək pensiya təyinatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatlar toplanır. Bu zaman sığortaolunanın DSMF-də uçota alındığını və onun üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən hüquqi sənəd - sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilir.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun internet saytında keçirilən növbəti interaktiv sorğu yekunlaşmışdır. Bu dəfəki sorğu zamanı respondentlərə "Dövlət sosial sığorta şəhadətnaməsini almısınızmı" sualı ilə müraciət olunmuşdur. Sorğunun yekun nəticələrinə əsasən, respondentlərin 75.3 faizi sosial sığorta şəhadətnaməsi aldığını bildirmişdir. Sorğuya qatılanların 19,5 faizi isə sosial sığorta şəhadətnaməsini almadığını, 5,2 faizi şəhadətnamə almaq üçün müraciət etmədiyini nəzərə çatdırmışdır. Qeyd etmək yerinə düşər ki, hər bir işləyən vətəndaş özünün təminatlı gələcəyi üçün sosial sığorta şəhadətnaməsini mütləq əldə etməlidir. Eyni zamanda, aldığı əmək haqqının tam məbləğdə əmək haqqı cədvəlində göstərilməsinə çalışmalı, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır. Çünki respublikamızda təyin edilən sosial ödənişlərin miqdarı sığorta stajından və vətəndaşın fərdi şəxsi hesabında toplanmış məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır.
Dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda qarşıya qoyulan mühüm vəzifələrdən biridir. Proqrama uyğun olaraq perspektivdə sığortaolunanlara dair müvafiq məlumatların fərdi şəxsi hesablarda əks etdirilməsi, bu məlumatların sığortaolunanlara çatdırılması nəzərdə tutulur.
DSMF-in ictimaiyyətlə əlaqələr sektorundan bunu xüsusi olaraq xatırlatmağı vacib bilirlər ki, cari ilin 6 ayı ərzində fond tərəfindən əlavə olaraq 92 286 sığortaolunana fərdi şəxsi hesab açılmışdır. Bunun nəticəsində 2010-cu il iyulun 1-i tarixinə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 732 215 nəfərə çatmışdır.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
September, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30

Hava haqqında