Zaqatalada əmək yarmarkası

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Məşğulluq İdarəsinin tədbirlər planına uyğun olaraq Zaqatala şəhərində növbəti əmək yarmarkası keçirilmişdir. Rayon Mədəniyyət evində təşkil olunan yarmarkanın açılışında Zaqatala Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini H.Süleymanov, Məşğulluq Mərkəzinin direktoru Əsəbömər Musayev və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsinin məsul nümayəndəsi Ülvi İsmayılov iştirak etmişlər.
Tədbirdə çıxış edən natiqlər Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə işsizlik probleminin həlli istiqamətində önəmli layihələrin həyata keçirildiyini, dünyanı bürümüş qlobal maliyyə böhranına baxmayaraq respublikamızda yeni iş yerlərinin yaradıldığını qeyd etmiş, bu tədbirlərin əmək qabiliyyətli qeyri-məşğul əhalinin sosial müdafiəsini gücləndirmək və onların işlə təmin olunmasına kömək məqsədi daşıdığını bildirmiş, yarmarkanın işinə uğurlar arzulamışlar.
Yarmarkada rayonda fəaliyyət göstərən 28 idarə, müəssisə və təşkilatlardan 286 boş iş yeri təklif olunmuşdur. İş yerləri üçün təklif olunan əmək haqqının məbləği 85 manatdan 200 mantadək təşkil edilmişdir.
Zaqatala fındıq zavodu, Mərkəzi Rayon Xəstəxanası, "Resnut" və "Drujba" MMC-ləri yarmarkaya daha çox iş yerləri çıxarmışlar. 300-dən artıq işaxtaran vətəndaşın iştirak etdiyi yarmarkanın yekununda 102 nəfər işə göndəriş əldə etmişdir. Bundan əlavə 12 nəfər peşə hazırlığı kursuna, 10 nəfər isə ictimai işlərə cəlb edilmişdir.

{nl}

İ.MUSAOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında