Prezident Lex Kaçinskinin və onu müşayiət edənlərin faciəvi ölümü ilə bağlı Polşanın Azərbaycandakı səfirliyində matəm kitabı açılmışdır

Polşa Prezidenti Lex Kaçinskinin və onu müşayiət edən nümayəndə heyətinin təyyarə qəzasında həlak olması ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində matəm kitabı açılmışdır.
Faciə ilə bağlı başsağlığı vermək üçün Azərbaycanda yaşayan polyaklar, eləcə də ölkəmizin vətəndaşları, Bakıdakı beynəlxalq təşkilatların təmsilçiləri diplomatik nümayəndəliyə gələrək hadisədən kədərləndiklərini bildirir, matəm kitabına başsağlığı sözlərini yazır və səfirliyin binası qarşısına gül dəstələri düzürlər.
Dəhşətli faciə nəticəsində həlak olanların xatirəsinə ehtiramlarını bildirmək istəyənlər aprelin 12-dən 14-dək saat 11.00-dan 17.00-dək Polşanın Bakıdakı diplomatik nümayəndəliyinə gələ bilərlər.
Qeyd edək ki, faciə ilə bağlı Polşanın Azərbaycandakı səfirliyində 7 günlük matəm elan olunmuşdur. Polşa səfirliyinin önündəki dövlət bayrağı yarıyadək endirilmişdir.
Prezident Lex Kaçinski Azərbaycan ilə Polşa arasında ənənəvi dostluq əlaqələrinin inkişafına, xalqlarımız arasında qarşılıqlı anlaşma və etimadın möhkəmlənməsinə sanballı töhfələr vermişdir. Öz əvəzsiz xidmətləri ilə həm Polşada, həm də beynəlxalq aləmdə iz qoymuş Lex Kaçinskinin xatirəsi dünyanın müxtəlif ölkələrini əhatə edən milyonlarla insanın qəlbində əbədi yaşayacaq və hörmətlə yad ediləcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında