Sumqayıtda əlil vətəndaşlara qayğı daimi xarakter daşıyır

Beynəlxalq Əlillər Günü ilə əlaqədar Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən “Turan” restoranında müsiqili-əyləncəli mərasim keçirilib. Şənlikdə onlarca əlil, tənha və qoca vətəndaş, həmçinin onları təmsil edən ictimai təşkilatların nümayəndələri  iştirak ediblər.

Şənlik iştirakçılarını salamlayan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quluyev  bildirib ki, əlil soydaşlarımız cəmiyyətin daimi qayğıya, diqqətə ehtiyacı olan təbəqəsidir. Dövlətimiz onların bütün sosial problemlərinin həlli, reabilitasiyası üçün ardıcıl tədbirlər görür. Lakin onların maddi köməkdən daha çox mənəvi yardıma, həssas münasibətə ehtiyacları var. Belə şəxslərin əksəriyyəti cəmiyyətdən kənarda qalmaq istəmir, faydalı işlərə qatılmağı arzulayırlar. Buna görə də əlillərin sosial vəziyyətini və maddi durumunu yaxşılaşdırmaq, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlətimiz zəruri tədbirlər həyata keçirir.

Natiq qeyd edib ki, BMT-nin təsis etdiyi  3 Dekabr - Beynəlxalq Əlillər Günü  ulu öndər Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən Azərbaycanda da qeyd olunur. Prezident İlham Əliyevin sərəncamları ilə müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri daim artırılır. Ölkənin birinci xanımı, Mehriban Əliyevanını səyləri nəticəsində bir çox əlil evləri, internatlar, bərpa   mərkəzləri əsaslı təmir olunmuş, müasir standartlara uyğunlaşdırılmışdır. Dövlətin əlillərə göstərdiyi qayğı onların problemlərinin həllində önəmli rol oynayır. Əlil vətəndaşlara,  xüsusilə əngəlli  uşaqlara diqqət sosial siyasətimizin prioritetləri sırasındadır.

Mərasimdə Sumqayıt şəhərində əlillərin məişət məsələlərinin həlli, onların müalicəsi və sağlamlıqlarının bərpası, minik avtomobilləri, əlil arabaları və s. ilə təminatı üçün həyata keçirilmiş tədbirlər konkret faktlar əsasında diqqətə çatdırılıb. Bildirilib ki, bu il Sumqayıt ŞİH əlillərlə bağlı xeyli tədbir təşkil edib.

Tədbirdə çıxış edənlər əlillərə göstərdiyi  daimi diqqət və qayğıya görə Prezident

İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. Vurğulanıb ki, əlillər cəmiyyətin bərabərhüquqlu üzvüdürlər və çevrələrinin boş qalmamasından hədsiz məmnundurlar.  

Mərasimdə iştirak edən musiqi qrupları və aktyorlar şən çıxışları ilə iştirakçılara xoş ovqat bəxş ediblər.  

*  *  *

Sumqayıtın ayrı-ayrı qabaqcıl müəssisə, şirkət və idarələri də keçirdikləri xeyriyyə tədbirləri ilə  qayğı uman soydaşlarımıza diqqət göstərirlər. ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin təşəbbüsü ilə artıq bir neçə ildir ki, şəhərdə “Mərhəmətli olmağa tələsin”  adı altında aksiyalar təşkil olunur.

“Qartal” tikinti firmasında düzənlənən mərasim də həmin təşəbbüs çərçivəsində reallaşıb. Bu sahədə kimyaçılarla və Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi ilə birgə fəaliyyətini genişləndirən “Qartal” firması  QAC bölməsinin “Əlil uşaqların sosial inteqrasiyası” layihəsi çərçivəsində qeydiyyatında olan 30 nəfər uşağa isti geyim əşyaları təqdim edib. Sağlamlıq imkanları məhdud olan balaca soydaşlarımız və onların valideynləri hədiyyələrdən razı qalıblar.  Çay süfrəsi arxasında onlarla səmimi söhbət aparılıb. Firmanın fəaliyyəti, xeyriyyə təsdbirləri barədə videogörüntülər təqdim edilib.

Sonra qurumun rəhbəri Şahin Məmmədov analoji tədbirlərin ardıcıl şəkildə keçiriləcəyini söyləyib. “Azərikimya” İB Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Fərman Kazımov, təhsil və səhiyyə şöbələrinin nümayəndələri Kamayıl Namazov, Səkinə Sadıxova və başqaları ürək sözlərini söyləyib, xeyriyyə aksiyasının önəmini vurğulayıblar.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”  

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında