Heydər Əliyev Fondunun "Şəkərli diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində 30 nəfər uşaq Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir

Heydər Əliyev Fondunun "Şəkərli diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində sosial müdafiəyə ehtiyacı olan 30 nəfər 13-16 yaşlı şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaq üçün Gəncədə təşkil edilmiş iki həftəlik yay məktəbi uğurla başa çatmışdır.
Fonddan bildirmişlər ki, yay məktəbinin əsas məqsədi şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlara diabet haqqında ətraflı məlumat vermək, özünənəzarət, özünəqulluq, özünütərbiyə, özünəinam, özünütəsdiq üsullarını aşılamaq, onların psixo-sosial reabilitasiyasını həyata keçirməkdir. Yeniyetmələr yeməkdən əvvəl və sonra şəkəri qaydada saxlamağı, insulin dozasını arzu olunan yeməklərə, gözlənilən fiziki aktivliyə uyğunlaşdırmağı, ilk yardım göstərməyi, hiperqlikemiyanın əsas əlamətləri və çörək vahidlərini hesablamağı öyrənmişlər.
Bu müddət ərzində uşaqlar qədim Gəncənin tarixi yerlərini gəzmiş, şəhərdəki muzeylər və rəsm qalereyası ilə tanış olmuşlar. Layihə çərçivəsində onların Şəmkir, Daşkəsən, Göygöl rayonlarına səfərləri də təşkil olunmuşdur.
Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərlərindən və Ağdam, Laçın, Qubadlı, Şuşa, Biləsuvar, Şəmkir, Daşkəsən, Kəlbəcər, Bərdə, Tovuz rayonlarından sosial müdafiəyə ehtiyacı olan uşaqlar düşərgədə aldıqları bilikləri yaşadıqları ərazidə öz həmyaşıdlarına çatdırmağı öhdələrinə götürmüşlər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında