Məcburi köçkünlər üçün salınan qəsəbələrdə tikinti işlərinin gedişi diqqət mərkəzindədir

Prezident İlham Əliyevin məcburi köçkünlərin sosial-iqtisadi və məişət problemlərinin həlli ilə bağlı imzaladığı müvafiq fərman və sərəncamları əsasında hazırda Füzuli, Bərdə, Ağdam, Goranboy və Yevlax rayonlarının ərazilərində müasir tipli yeni yaşayış binaları və digər sosial obyektlər inşa olunur.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Hə

{nl}

sənov aparılan tikinti işləri və məcburi köçkünlərin vəziyyəti ilə tanış olmaq üçün rayonlara səfər etmişdir.
AzərTAc xəbər verir ki, səfərə Bərdə rayonundan başlanmışdır. Əli Həsənov rayon icra hakimiyyətinin rəhbər şəxsləri ilə müşavirə keçirmiş, rayon ərazisində məskunlaşmış məcburi köçkünlərin vəziyyəti müzakirə olunmuşdur. Prezidentin müvafiq sərəncamlarına əsasən görülmüş işlərdən söz açılmış, məlumat verilmişdir ki, Bərdədəki alman tipli fin qəsəbəsində məskunlaşmış 195 məcburi köçkün ailəsinin mənzil problemini həll etmək üçün 134 hektar torpaq sahəsi ayrılmışdır.
Əli Həsənov rayonda məskunlaşmış məcburi köçkünlərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün tədbirlərin görülməsinin vacibliyini vurğulamışdır.
Füzuli rayonunun Horadiz şəhərində inşa olunan Olimpiya Kompleksində aparılan tikinti işləri ilə də tanışlıq olmuşdur.
Bildirilmişdir ki, 2008-ci ilin sonlarından inşasına başlanmış Horadiz Olimpiya İdman Kompleksi 5 hektar ərazidə yerləşir. Burada 500 nəfərlik oturacağı olan örtülü idman zalı, 30 yerlik mehmanxana, 1860 yerlik açıq futbol meydançasında, basketbol, voleybol və boks kortlarında tamamlama işləri görülür. Kompleks içməli su, qaz və elektrik sistemləri ilə təmin olunmuş, qazanxana və nasosxana inşa edilmişdir. Yağış sularının yığılması üçün drenaj sistemi quraşdırılmışdır, 2 hektardan çox ərazidə isə yaşıllaşdırma işləri aparılır.
Sonra nümayəndə heyəti Ağdam rayonunda olmuşdur. Burada Quzanlıda məcburi köçkünlər üçün salınan qəsəbədə aparılan işlərlə tanışlıq zamanı məlumat verilmişdir ki, 70 hektar ərazidə tikilən qəsəbədə 55-i birotaqlı, 322-si ikiotaqlı, 364-ü üçotaqlı, 48-i isə dördotaqlı olan 689 birmərtəbəli ev inşa olunmuşdur. Hər biri 6 sot ərazidə yerləşən bu evlər bütün kommunikasiya xətləri ilə təmin edilmiş, lazımi avadanlıqla təchiz olunmuşdur. Əraziyə 20 kilometrlik içməli su, 34 kilometrlik qaz, 18 kilometrlik isə elektrik xətti çəkilmiş, transformator qoyulmuşdur. Hazırda qəsəbənin ərazisində abadlıq işləri görülür, ümumi uzunluğu 17 kilometr olan qəsəbədaxili yol çəkilir, 440 yerlik ikimərtəbəli məktəb binasında tamamlama işləri aparılır. Burada da yağış sularının toplanması üçün drenaj sistemi qurulur.
Qəsəbənin ərazisindəki 50 yerlik uşaq bağçasında, sosial və inzibati binalarda, klubda işlər yekunlaşmaq üzrədir.
Məcburi köçkünlər üçün daha bir yaşayış məhəlləsi isə Goranboy rayonu ərazisində salınmışdır. Prezident İlham Əliyevin 2008-ci il 6 mart tarixli sərəncamına uyğun olaraq 688 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş bu məhəllədəki hündürmərtəbəli binalar yaxın vaxtlarda öz sakinlərini qəbul edəcəkdir.
Baş nazirin müavini Əli Həsənov məhəllədə aparılan tikinti işləri ilə tanış olmuşdur. Bildirilmişdir ki, məhəllənin sahəsi 20 hektardır. İlkin mərhələdə ümumi sahəsi 11 min 235 kvadratmetr olan 165 mənzil istifadəyə veriləcəkdir. Bu mənzillərdən 40-ı birotaqlı, 80-i ikiotaqlı, 40-ı üçotaqlı, 5-i isə dördotaqlıdır.
Tikintisi başa çatmaq üzrə olan ikimərtəbəli 360 yerlik məktəb binasında son işlər görülür, sinif otaqları hazır vəziyyətə gətirilir, 50 yerlik uşaq bağçasının dam örtüyü bərkidilir.
Yevlax şəhərində isə məcburi köçkünlər üçün 615 mənzilli 10 beşmərtəbəli yaşayış binasından ibarət məhəllədə də işlər başa çatmaq üzrədir. Qəsəbədə inşa olunan 440 yerlik məktəb binasında, 50 yerlik uşaq bağçası və klub-icma mərkəzində tamamlama işləri sürətlə görülür.
Əli Həsənov məhəllənin tikintisi ilə bağlı keçirilən müşavirədə Prezident İlham Əliyevin tapşırıqlarına əsasən məcburi köçkünlər üçün inşa olunan bu evlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. Qeyd etmişdir ki, müasir üslubda, yüksək səviyyədə tikilən binalar bütün lazımi avadanlıqla təmin olunmalıdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında