Bakıda start götürəcək güləş üzrə Avropa çempionatı dünya idman ictimaiyyətinin diqqət mərkəzindədir

Aprelin 12-də Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinetti, Avropa Güləş Federasiyaları Assosiasiyasının (CELA) prezidenti Tseno Tsenov, Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Fazil Məmmədov, Gənclər və İdman Nazirliyinin, həmçinin AGF-nin və müxtəlif ölkələrin güləş federasiyalarının nümayəndələri Fəxri Xiyabanda ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə çiçək dəstələri düzülmüşdür.
Şəhidlər Xiyabanına gələn ziyarət iştirakçıları xalqımızın azadlığı və dövlət müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini yad etmiş, məzarları üzərinə gül dəstələri düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.
Qeyd edək ki, aprelin 13-də Bakıda start götürəcək güləş üzrə Avropa çempionatı dünya idman ictimaiyyətinin diqqət mərkəzindədir.
Yarışda Azərbaycan da daxil olmaqla, 36 ölkədən 383 idmançı öz qüvvələrini sınayacaqdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında