Xətai rayonunda tikinti-quruculuq işləri geniş vüsət alır

Respublikamızın hər yerində olduğu kimi, Xətai rayonunda da bu ilin ötən aylarında iqtisadi göstəricilər xeyli yaxşılaşmış, görülən abadlıq və quruculuq işlərinin həcmi genişlənmiş, uğurlu nəticələr əldə olunmuşdur. Bunlarla yanaşı, məhsul istehsalı və xidmət sahələri dinamik inkişaf etmiş və sosial məsələlər uğurla həll olunmuşdur. 2003-cü il oktyabrın 1-dən bu il iyulun 1-dək 17864-ü daimi olmaqla 18070 yeni iş yerləri açılmışdır. Bu ilin ilk yarısında isə yeni yaradılan iş yerlərinin sayı 2010 olmuşdur.
Rayonda əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, onların sosial müdafiəsi məsələləri gündəlik nəzarətdə saxlanılmış, ünvanlı sosial yardımla əlaqədar komissiyanın işinə nəzarət artırılmışdır. Pensiyaçılara, əlil və şəhid ailələrinə, digər hüquqi olanlara pensiya və müavinətlərin vaxtında çatdırılmasına nəzarət artırılmış, bununla bağlı yaranan hər hansı bir problem aidiyyatı dövlət orqanları ilə birgə operativ həll edilmişdir.
Xətai rayonunun abadlaşdırılması ilə əlaqədar başlanmış quruculuq işləri bu ilin ötən aylarında da davam etdirilmişdir. Yusif Səfərov küçəsindəki yaşayış binalarının fasadlarının üzlük daşla üzlənməsi, eyvanların klassik formada tökmə üsulla hazırlanmış məhəccərlərlə quraşdırılması, Zığ yolu 1 b saylı 9 mərtəbəli yaşayış binasının, həmçinin, bu yaşayış binalarının dam örtüyündə yerləşən bütün tüstü borularının alkopanla üzlənməsi, M.Hadi və Zığ yolu küçələrində, Gəncə prospektində 9 mərtəbəli 12 yaşayış binasının fasadlarının əsaslı təmiri başa çatdırılmışdır. Nobel və Babək prospektlərində aparılan əsaslı yenidənqurma işləri də tamamlanmış, Xocalı prospektində üzlük daşla üzlənən binada işlər yekunlaşdırılmışdır.
Rayonun Yusif Səfərov və Zığ yolu küçələrində piyada yollarına plitələr döşənmiş, hər iki yol kənarında yaşıllıqlar yaradılaraq minlərlə müxtəlif növ dekorativ gül kolu və ağac əkilmişdir. Üzlük daşla üzlənmiş yaşayış binalarının fasadlarının işıqlandırılması layihəsi də uğurla başa çatdırılmışdır. İndi şəhərimizin mərkəzi küçələrindən biri olan Yusif Səfərov küçəsində inşa olunan müasir yeraltı keçid burada əlavə gözəllik yaratmaqla yanaşı, çoxsaylı insanların ətrafdakı iki orta ümumtəhsil məktəbinə, dörd xəstəxanaya, bir sıra dövlət təşkilatlarına təhlükəsiz gediş-gəlişinə imkan yaradacaqdır.
Son illər əhalinin asudə vaxtının səmərəli keçməsi üçün ərazilərin abadlaşdırılması ilə əlaqədar Bakı şəhərində və regionlarda müasir parklar, meydanlar və əyləncə mərkəzləri tikilir. Bununla əlaqədar rayonda da görülən işlər ölkə başçısı tərəfindən yüksək qiymətləndirilir. Son 4 ildə tikilən Xocalı park xiyabanı, Ukrayna dairəsi, Heydər Parkı, Zığ dairəsi yaxınlığındakı park və yaşıl örtülü guşə, Zığ yolundakı park, Y.Səfərov küçəsindəki park və digər nümunəvi həyətlər bu sahədə həyata keçirilən layihələrdəndir.
Zığ yolu 38, 40 və 42 saylı binaların arxasındakı 2 hektardan artıq ərazidə müasir memarlıq üslubunda yeni tikilən park kompleksi, burada quraşdırılan fəvvarə və park boyu 260 metr uzunluqda olan digər fəvvarə kompleksi, müxtəlif uşaq əyləncə elementləri, rəngarəng işıqlandırıcılar, müasir memarlıq üslubunda tikilmiş və quraşdırılmış oturacaqlar, 10 min kvadratmetrdən artıq sahədə salınmış yaşıllıqlar, xidmət sahələri, əkilmiş minlərlə gül kolu və yaradılan digər şərait nəinki təkcə rayonun, həm də paytaxtın digər rayonlarının sakinlərinin də sevimli istirahət yeridir. Əhaliyə göstərilən kommunal xidmətin yüksəldilməsi ilə əlaqədar da müəyyən tədbirlər görülmüşdür. Nəticədə qış mövsümündə əhalini ən çox narahat edən istilik, qaz və işıq problemləri, yay mövsümündə isə su problemləri əvvəlki illərlə müqayisədə əsaslı şəkildə həllini tapmışdır.
Küçələrin, piyada yollarının asfaltlaşdırılması ilə bağlı narahatlıq doğuran məsələlərə də diqqətlə yanaşılır. Belə ki, yarım il ərzində 92 min kvadratmetr məhəllədaxili yollara və səkilərə asfalt örtüyü döşənmişdir.
Rayonda tikinti-quruculuq və abadlıq işlərinin davamlı olaraq inkişaf etdirilməsi, əhaliyə xidmətin səviyyəsinin qaldırılması, sosial rifah halının yaxşılaşdırılması bir daha onu göstərir ki, dövlət başçısı cənab İlham Əliyevin Xətai Rayon İcra Hakimiyyəti qarşısında qoyduğu vəzifə və tapşırıqlar vaxtında və məsuliyyətlə yerinə yetirilir.{nl}

Zaur MİRZƏ-ZADƏ, sakin

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında