Sergey Lebedev: "Bütün dünya etiraf edir ki, Azərbaycanda demokratiya xeyli inkişaf etmişdir"

MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev AzərTAc-ın müxbirinə məxsusi müsahibəsində demişdir: "Bu, təkcə mənim rəyim deyildir, bu, aşkar faktdır ki, Azərbaycan son illər iqtisadi cəhətdən xeyli inkişaf etmiş, demokratiyanın inkişafında yetərincə irəliləmişdir".
S.Lebedev vurğulamışdır ki, prezident seçkiləri zamanı bütün səviyyələrdə Azərbaycanın seçki orqanlarının nə qədər səriştəli işlədiyinin, yerli hakimiyyət orqanlarının Azərbaycan vətəndaşlarının iradəsini azad ifadə etməsinin təmin edilməsinə böyük diqqət yetirməsinin şahidi olmuşdur.
Azərbaycanda qarşıdan gələn parlament seçkilərinə hazırlıq məsələlərinə toxunan S.Lebedev demişdir: "Bilirəm ki, seçkilərdə çoxlu partiya və ictimai hərəkat iştirak edəcəkdir. İcraiyyə Komitəsinin əməkdaşlarından və Azərbaycan qurumlarının nümayəndələrindən eşitmişəm ki, seçkilərin mütəşəkkil keçməsi, ən əsası isə ölkə vətəndaşlarının öz iradələrini azad ifadə etmələri üçün zəruri işlər görülür. Mən tam əminəm ki, Azərbaycanda demokratiyanın inkişafının indiki səviyyəsi seçkiləri keçirməyə və layiqli parlament seçməyə imkan verəcəkdir".
S.Lebedev bildirmişdir ki, o, seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün noyabrın 4-5-də Azərbaycana gələcəkdir. Hazırda MDB-nin müşahidəçi missiyası formalaşdırılır. Missiyanın oktyabrın ortalarında Azərbaycana gələcəyi və müşahidəçi qərargahı yaradacağı gözlənilir.

{nl}

Asya HACIZADƏ, AzərTAc-ın xüsusi müxbiri
Moskva

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında