Azərbaycan zəngin təbii ehtiyatları və parlaq gələcəyi olan ölkədir

Ölkəmizdə səfərdə olan Təhsil üzrə Avropa Həmkarlar İttifaqları Komitəsinin (TAİK) baş katibi Martin Romer sentyabrın 16-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevlə görüşmüşdür.
S.Mehbalıyev Azərbaycanda həmkarlar hərəkatının yaranma tarixi və inkişaf mərhələləri barədə danışmışdır. Bildirmişdir ki, Azərbaycanda həmkarlar ittifaqı təşkilatının əsası və inkişafı 1904-1905-ci illərə təsadüf edir. Lakin bu qurum sovetlər dövründə özünün əsil mahiyyətini göstərə bilməmişdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra həmkarlar ittifaqı təşkilatlarının da fəaliyyətində dönüş yaranmışdır.
Bu gün AHİK-in 1 milyon 600 mindən çox üzvü vardır. Bunun da 380 mindən çoxu Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin üzvləridirlər. Bu komitə ölkəmizdəki ən iri həmkarlar təşkilatlarından biridir və onun 6 iri yerli təşkilatı vardır. Komitə təhsil sahəsində problemlərin həllində mühüm rol oynayır. S.Mehbalıyev onu da bildirmişdir ki, Azərbaycan dövləti öz vətəndaşlarının Konstitusiya ilə təsbit olunmuş hüquqlarının müdafiəsini tam təşkil etmişdir.
İşçilər vaxtlı-vaxtında əmək haqlarını alır, işçinin işdən azad olunmasında həmkarlar ittifaqı təşkilatlarının rəyi nəzərə alınır.
Sonra AHİK sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri, Azərbaycan dövlətinin bu problemin həlli ilə bağlı ədalətli mövqeyi barədə qonağa ətraflı məlumat vermişdir. Ətraflı məlumata, eləcə də göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edən Martin Romer Bakıda olmağından məmnun qaldığını bildirmişdir. O demişdir ki, Azərbaycan həqiqətən də sürətlə inkişaf edir.
Bakı əsl tikinti meydançasını xatırladır. Bu onu deməyə əsas verir ki, qlobal maliyyə böhranı Azərbaycana çox az təsir göstərmişdir. Avropanın bir çox ölkəsində müəllimlərin əmək haqları azaldığı bir vaxtda, Azərbaycan hökuməti təhsil, səhiyyə və digər sahələrdə çalışanların əmək haqlarını artırır.
Siz xoşbəxtsiniz ki, belə bir ölkədə yaşayırsınız. Sizin çox zəngin təbii ehtiyatlarınız vardır və təqdirəlayiq haldır ki, dövlətiniz bunu insan kapitalının inkişafına yönəldir.
Sonra görüşdə həmkarlar ittifaqı təşkilatları arasında əlaqələrin inkişafı, əmək qanunvericiliyi sahəsində bu qurumların rolu, qarşılıqlı səfərlərin təşkili və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında