Azərbaycan-Türkiyə münasibətləri "bir millət, iki dövlət" prinsipinə uyğun olaraq uğurla inkişaf edir

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisdə Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupun rəhbəri Nizami Cəfərov bildirmişdir ki, Azərbaycan-Türkiyə münasibətləri "bir millət, iki dövlət" prinsipinə uyğun olaraq uğurla inkişaf edir.
"Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə"nin imzalanması bir daha hər iki ölkənin münasibətlərinin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını nümayiş etdirmişdir.
N.Cəfərov demişdir ki, bu iki dövləti həm də olduqca dərin tarixi köklər bir-birinə bağlayır. Hər iki dövlət strateji müttəfiqlərdir və bu amil münasibətlərin inkişafında vacib rol oynayır.
Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz "Bir millət, iki dövlətik". Azərbaycan ilə Türkiyənin münasibətləri bu prinsip, ideya əsasında daha da genişlənir və möhkəmlənir. Eyni zamanda, bu iki dövlətin əlaqələri daha da genişlənib digər türkdilli dövlətləri əhatə etməlidir. Yəni bütün türkdilli dövlətlərin qarşılıqlı münasibətləri strateji əməkdaşlıq səviyyəsinə qalxmalıdır.
Bu gün İstanbulda keçirilən Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşü bu baxımdan mühüm əhəmiyyətə malikdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında