"Azərbaycan yaşıl dünya naminə" beynəlxalq sərgisi açılmışdır

Sentyabrın 16-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Azərbaycan yaşıl dünya naminə" adlı beynəlxalq sərgi açılmışdır.
Açılış mərasimində ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak etmişlər. Nazirlər sərgidə nümayiş olunan stendlərlə tanış olmuşlar.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirmişdir ki, son dövrlərdə Azərbaycanda dövlət tərəfindən ekologiya sahəsinə xüsusi diqqət ayrılır.
Nazir vurğulamışdır ki, ölkəmizdə ilk dəfədir ki, belə bir sərgi təşkil olunmuşdur. "Ekologiya ili" çərçivəsində keçirilən sərginin məqsədi Azərbaycanda və digər ölkələrdə ətraf mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin, tətbiq edilən texnologiyaların geniş auditoriyaya təqdim edilməsi, bu sərgidə müxtəlif şirkətlərin qazandığı təcrübəni nümayiş etdirməkdir. Sərgidə ekoloji problemlərin həllində təcrübəyə malik 30-a yaxın xarici, yerli şirkətlər, dövlət qurumları və QHT-lər iştirak edir.
Sərgidə xüsusi mühafizə olunan ərazilər, su bioresursları, meşələr, ətraf mühitin monitorinqi, hidrometeorologiya, neft-qaz sektoru, meliorasiya və su təsərrüfatı, kənd təsərrüfatı, "Ekologiya ili" çərçivəsində həyata keçirilən tədbirlərlə bağlı stendlər nümayiş olunur.
Sərgi sentyabrın 18-dək davam edəcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında