Yeni mənzillərin orderləri təqdim edilmişdir

Sentyabrın 16-da qəzalı vəziyyətdə olan binanın sakinlərinə, hərbi xidmət zamanı sağlamlığını itirmiş şəxslərə və bir polis işçisinə Naxçıvan şəhərinin Atatürk küçəsindəki 9 nömrəli binada yeni mənzillərin orderləri verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə yeni mənzil almış Zəhra Əliyeva çıxış edərək demişdir ki, son illər əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, yeni mənzillərlə təmin edilməsi muxtar respublikamızda diqqət mərkəzindədir. Yaşadığımız şəhərin simasının gündən-günə dəyişməsi, yeni salınan park və xiyabanları, rahat yolları, göz oxşayan binaları ilə qürur duyur, bu şəhərin sakini olmağımızla fəxr edirik. Aparılan quruculuq işlərindən bizim də binaya pay düşmüşdür. Öz imkanlarımızla reallaşdıra bilmədiyimiz arzularımız dövlətimizin köməyi ilə reallığa çevrildi. Qəzalı vəziyyətdə olan mənzillərimizin əvəzində bu gün şəhərin mərkəzində gözəl və yaraşıqlı binada mənzil alırıq.
Zəhra Əliyeva əhalinin rifah halının yüksəlməsinə göstərilən diqqət və qayğıya görə yeni mənzillə təmin edilənlər adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Bu gün ölkəmizdə hər bir sahədə inkişaf, irəliləyiş var. Əhalinin yaşayışını, rifah halını yaxşılaşdırmaq üçün dövlətimiz tərəfindən tədbirlər həyata keçirilir və bu tədbirlər öz bəhrəsini verir. Nəticədə əhalinin rifah halı yaxşılaşır, ölkəmiz dünya birliyində öz layiqli yerini tutur. Tikilən məktəblərimiz, binalarımız, sosialyönümlü tədbirlərin həyata keçirilməsi, son aylarda Azərbaycan Prezidenti tərəfindən əməkhaqlarının, pensiyaların, müavinətlərin artırılması, Azərbaycan Vətən Müharibəsi iştirakçılarına, şəhid ailələrinə dövlət qayğısının artırılması deyilənlərə misaldır. Aparılan tikinti və yenidənqurma işlərindən sonra belə ictimai yaşayış binalarının istifadəyə verilməsi Azərbaycan dövlətinin inkişafı, ölkəmizdə Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi, ölkə vətəndaşlarına dövlət qayğısı nəticəsində mümkün olmuşdur. Ölkəmizdə, onun tərkib hissəsi olan muxtar respublikamızda həyata keçirilən belə tədbirlər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi, onun ən qiymətli sərvəti olan insanların rifahının yaxşılaşdırılması məqsədi daşıyır.
Ali Məclisin sədri yeni mənzil alan sakinləri təbrik etmiş, onlara bu mənzillərdə xoş həyat arzulamış və yeni mənzillərin orderlərini sahiblərinə təqdim etmişdir.
Mənzilləri qəzalı vəziyyətdə olan 4 ailə Atatürk küçəsindəki 9 nömrəli, 1 polis işçisi Heydər Əliyev prospektindəki ictimai yaşayış binalarında yeni mənzillərlə, 2 nəfər hərbi xidmət zamanı sağlamlığını itirmiş şəxs isə Naxçıvan şəhərinin Qaraçuq və Babək rayonunun Şəkərabad kəndlərində fərdi yaşayış evləri ilə təmin olunmuşlar.
Ali Məclisin sədri Atatürk küçəsindəki 9 nömrəli yaşayış binasında hazır mənzilə baxmış, digər mənzillərdə aparılan yenidənqurma işləri ilə maraqlanmışdır.
Sakinlərin rahatlığını təmin etmək üçün hər cür kommunal şərait yaradılmış, elektrik və qaz xətləri çəkilmiş, sayğaclar qoyulmuş, mətbəxdə "Ariston" markalı suqızdırıcı, hər bir mənzildə hidrofor sistemli su nasosları quraşdırılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında