Tehranda Azərbaycan və İranın sərhəd xidmətlərinin rəhbərləri görüşmüşlər

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İran İslam Respublikasına səfəri davam edir. Səfər çərçivəsində nümayəndə heyətimiz İranın Sərhəd Polisi komandanı, general-mayor Hüseyn Zülfüqari ilə görüşmüşdür.
Səmimi dəvətə və mehriban qonaqpərvərliyə görə iranlı həmkarına təşəkkürünü bildirən E.Quliyev Azərbaycan-İran dövlət sərhədinin mühafizəsinin vəziyyətindən bəhs etmişdir. Prezident İlham Əliyevin tapşırığı əsasında Azərbaycanla İran arasında bütün sərhəd-buraxılış məntəqələrinin müasir standartlara uyğun yenidən qurulduğunu diqqətə çatdıran natiq demişdir ki, məqsəd iki ölkə vətəndaşlarının rahat gediş-gəlişini təmin etmək, ölkələrimiz arasında hərtərəfli dostluq əlaqələrinin sürətli inkişafına yaradılan şəraiti daha da yaxşılaşdırmaqdır.
Ölkələrimizin sərhəd xidmətləri arasında əməkdaşlıq əlaqələrinin durmadan inkişaf etdiyini bildirən H.Zülfüqari əminliklə qeyd etmişdir ki, sərhədlərin mühafizəsi müasir tələblərə uyğun aparılır.
Qeyd olunmuşdur ki, iki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlıq əlaqələri və sərhədlərin mühafizəsinin vəziyyəti müsbətdir. Tərəflər insan alverinə və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi, sərhəd pozuntularının tamamilə aradan qaldırılması, bütün növ qaçaqmalçılıqla birgə mübarizənin bundan sonra da uğurla davam etdirilməsi məsələlərinə dair ətraflı fikir mübadiləsi aparmışlar.
Müzakirələr sentyabrın 16-da davam etdiriləcəkdir.

{nl}

Sabir ŞAHTAXTI AzərTAc-ın xüsusi müxbiri
Tehran

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında