"ƏDV fırıldaqçılığının aşkarlanması və qarşısının alınması" mövzusunda iclas öz işinə başlamışdır

Sentyabrın 15-də Bakıda Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) "ƏDV fırıldaqçılığının aşkarlanması və qarşısının alınması" əsas işçi qrupunun iclasının açılış mərasimi olmuşdur.
İclasda çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov bu tədbirin Bakıda təşkil edilməsində ölkəmizə göstərilən etimada görə İOTA-nın rəhbərliyinə təşəkkürünü çatdırmışdır. İclasın mövzusunun ölkəmiz üçün də aktual olduğunu bildirən nazir müavini Azərbaycanın bu sahədə təcrübəsinin dünya ölkələrində geniş marağa səbəb olduğunu diqqətə çatdırmışdır.
İclasda Azərbaycan tərəfi digər ölkələrdə də böyük maraq doğuran "Vahid ƏDV depozit hesabı və elektron vergi hesab-fakturası sistemi" mövzusunda təqdimatla çıxış etmişdir.
Tədbirdə 25 ölkənin vergi administrasiyalarının nümayəndələri iştirak edirlər. İclasda İOTA-ya üzv ölkələr arasında ƏDV fırıldaqçılığına qarşı mübarizə sahəsində təcrübə mübadiləsi aparılması, bu sahədə müəyyən nailiyyət əldə etmiş ölkələrin təqdimatlarının dinlənilməsi nəzərdə tutulur.
İclas sentyabr ayının 17-dək davam etdiriləcəkdir.
Vergilər Nazirliyi İOTA-ya üzv olmaqla Avropa ölkələrində vergi məsələlərinə dair gedən proseslərlə, habelə Avropa İttifaqı daxilində vergi sistemlərinin ümumi ahəngdarlığı və vahid standartların qurulması məsələləri ilə bilavasitə tanış olmaq imkanı əldə etmişdir. Ümumilikdə, İOTA ilə əməkdaşlıq səmərəli hesab edilir və onun milli vergi sisteminin təkmilləşdirilməsi baxımından daha geniş formatda inkişafı istiqamətində işlər aparılır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında