Azərbaycan Respublikasının Baş naziri Dünya Bankının nümayəndəsi ilə görüşmüşdür

Sentyabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Filip Le Uerun ilə görüşmüşdür.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Dünya Bankının nümayəndəsi sosial-iqtisadi sahələrdə Azərbaycanda əldə edilən uğurları xüsusi qeyd edərək, bu istiqamətdə böyük irəliləyişlərin olduğunu vurğulamışdır.
Daha sonra mövcud makroiqtisadi vəziyyət ətraflı müzakirə edilmişdir.
Görüşdə, həmçinin Dünya Bankının maliyyə dəstəyi ilə respublikamızda həyata keçirilən sosial və infrastruktur layihələrinin icra vəziyyəti, əldə olunan nəticələr təhlil edilmişdir. Həmin sahələr üzrə 2011-2014-cü illərdə, Ölkə Tərəfdaşlıq Strategiyası da daxil olmaqla, Dünya Bankı ilə Azərbaycan Respublikası arasında gələcək əməkdaşlığın istiqamətləri müəyyənləşdirilmişdir.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında