Bakının azad edilməsindən 92 il keçir

Türk şəhidlərinin xatirəsi yad olunmuşdur
Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak hərbi birləşmələrindən azad etməsindən 92 il ötür.
Bu münasibətlə sentyabrın 14-də Türkiyənin ölkəmizdəki səfirliyi və bir sıra ictimai təşkilatların nümayəndələri Şəhidlər Xiyabanında 1918-ci ildə Azərbaycanda qanlı qırğınlar törədən bolşevik-erməni daşnak qoşunlarına qarşı mübarizədə şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmişlər.
Şəhid türk əsgərlərinin xatirəsi ehtiramla yad olunmuş, onların adları yazılmış lövhələrin üzərinə gül-çiçək dəstələri düzülmüş, abidənin önünə əklillər qoyulmuşdur.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç xatirə kitabına ürək sözlərini yazmış, 1918-ci ildə Bakının bolşevik-daşnak işğalından azad edilməsi zamanı türk əsgərinin göstərdiyi qəhrəmanlıqlardan danışmışdır. Tədbirdə çıxış edənlər bu tarixin əhəmiyyətini qeyd edərək, çətin zamanda Türkiyənin həmişə Azərbaycanın yanında olduğunu bildirmişlər.
Sonra tədbir iştirakçıları Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızların məzarı üzərinə də güllər düzmüş, "Əbədi məşəl" abidəsi önünə əklillər qoymuşlar.
Həmin illər Azərbaycana gəlmiş xilaskar türk ordusunun 1130 əsgəri Şəhidlər Xiyabanında uyuyur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında