İmişli və Saatlı rayonlarının ərazisində yeni salınan kənd və qəsəbədə tikinti-quraşdırma işləri sürətlə davam edir

Bu ilin aprel-may aylarında ölkəmizin bir sıra bölgələrində Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlərin yaratdığı fəsadlar operativ şəkildə aradan qaldırılmışdır.
Hadisə baş verəndən dərhal sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə iki müşavirə keçirilmiş, hökumət komissiyası yaradılmış, dövlətin bütün resursları səfərbər edilmişdir. Hazırda həmin ərazilərdə tikinti-quraşdırma işləri davam etdirilir.
Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılmışdır. Artıq evləri dağılan insanların mənzil problemlərinin həllinə başlanılmışdır. Tikinti-quraşdırma işləri zamanı əsas diqqət evlərin əvvəlki kimi çiy kərpicdən yox, daha keyfiyyətli materiallardan istifadə olunaraq inşasına yönəlmişdir. Daşqınlar nəticəsində dağılmış evlərin əvəzinə yenilərinin tikilməsi, zədələnmiş binaların bərpası istiqamətində görülən işlər uğurla həyata keçirilir.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov İmişli və Saatlı rayonlarının ərazisində yeni salınan kənd və qəsəbədə aparılan tikinti-quraşdırma işləri ilə yaxından tanış olmuşdur. Hazırda uçmuş və qəzalı vəziyyətə düşmüş iki minə yaxın evin yenidən tikilməsi, zədələnmiş 1200-dən artıq evin bərpası, 1000-dən artıq yaşayış evinin təmiri üçün sənədlər tərtib edilərək aktlaşdırılmışdır. Respublikanın 8 rayonu ərazisində 1452 yeni evin tikintisi oktyabrın sonunadək başa çatdırılacaqdır. Bu tikintilərin əksəriyyətində artıq hörgü işləri başa çatmışdır. Ümumilikdə isə bütün yaşayış evlərinin oktyabr ayının sonunadək təhvil verilməsi nəzərdə tutulmuşdur. 104 fərdi yaşayış evinin və infrastrukturdan ibarət qəsəbənin tikintisi İmişlinin Telişli kəndində başa çatmaq üzrədir. Burada məktəb, bələdiyyə, klub, poçt və başqa binaların sosial infrastruktur obyektlərin tikintisi sürətlə aparılır.
Salyan rayonuna bitişik 260 evdən ibarət bir mikrorayon da salınır. Buraya daşqınlardan ziyan çəkmiş 80 ailə köçürüləcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında