Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsi Qazaxıstan üçün mühüm əhəmiyyətə malikdir

Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsi Qazaxıstan üçün mühüm əhəmiyyətə malikdir. Bu sözləri Bakıda səfərdə olan Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Bulat Soltanov sentyabrın 14-də keçirdiyi mətbuat konfransında demişdir.
B.Soltanov ölkələrimizin strateji araşdırmalar mərkəzləri arasında dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsi üçün Ekspert Şurasının yaradılmasına dair razılıq əldə etdiyini diqqətə çatdırmışdır. Qonaq demişdir ki, Ekspert Şurası Azərbaycan və Qazaxıstan hökumətləri üçün terrorçuluğa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığa dair təkliflər hazırlayacaqdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan B.Soltanov demişdir: "Qazaxıstan bu münaqişənin sülh yolu ilə həllinə tərəfdardır və bunun üçün Azərbaycan hökumətinə kömək göstərməyə hazırdır".{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında