Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru İçərişəhərlə tanış olmuşdur

Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Bulat Soltanov Azərbaycana səfəri çərçivəsində İçərişəhərdə olmuşdur.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Konservasiya üzrə Master Plan əsasında aparılan abadlaşdırma və bərpa işləri barədə məlumat qonağın diqqətinə çatdırılmışdır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirmişlər ki, gəzinti nadir memarlıq incisi olan Şirvanşahlar Sarayı kompleksindən başlamışdır. Qonağa Azərbaycanın qədim dövlətçilik tarixi və kompleksin inşaat-memarlıq xüsusiyyətləri ilə bağlı ətraflı məlumat verilmişdir. Kompeksin tərkibindəki tikililərdən biri olan saray binasında sərgilənən rəsmlər və tarixi əşyalar Bulat Soltanovun marağına səbəb olmuşdur. Müasir kuklaçı - rəssam Elmira Abbaslının "İçərişəhərin obrazları" mövzusunda sərgisi də nümayiş etdirilmişdir.
Qonaq İçərişəhərin əsas giriş qapısı sayılan Qoşa qala qapılarının yaranma tarixi ilə tanış olmuş, gəzinti Qoşa qala qapıları meydanı ilə davam etdirilmişdir.
Qazaxıstanlı qonağa Azərbaycanın Yaxın Şərq və Mərkəzi Asiya ölkələri ilə ticarət əlaqələrini təsdiqləyən Buxara və Multanı karvansaraları barədə məlumat verilmiş, Sıratağlı dini-memarlıq kompleksinin (Bazar Meydanı) ərazisində yenidən təşkil edilmiş bədii daşyonma sənətinin nümunələrinin ekspozisiyası göstərilmişdir.
İçərişəhərdə gəzinti çoxəsrlik tarixə malik, Bakının rəmzi olan əzəmətli Qız qalası ilə tanışlıqla yekunlaşmışdır.
Bulat Soltanov İçərişəhərin fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında