Azərbaycanın BMT-dəki daimi nümayəndəsi "Hərb və sülh" festivalının məşvərət şurasının tərkibinə daxil edilmişdir

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev "Hərb və sülh" festivalının məşvərət şurasının tərkibinə daxil edilmişdir. Festival çərçivəsində veb-saytlar müsabiqəsi elan olunacaqdır.
İTAR-TASS xəbər verir ki, veb-sayt müsabiqəsindən məqsəd internet məkanında sülhü dəstəkləməkdir. Festivalın təşkilatçıları, Rusiya-ABŞ Mədəniyyət Fondunun başçısı Marina Kovalyova və tanınmış beynəlxalq prodüser Jorj Leklerdir.
M.Kovalyova demişdir: "Təəssüf ki, internetdə daha çox müharibəyə aid saytlara rast gəlmək olur. Biz isə bu nizamlanmayan məkanda sülhü dəstəkləmək istəyirik". M.Kovalyova artıq bir neçə ildir Nyu-Yorkda "İrsimiz" adlı ənənəvi festivalın təşkilatçısıdır.
Yeri gəlmişkən, təqdimat çərçivəsində daha bir ideya yaranmıdır. Festival zamanı əmin-amanlıq təbliğ edən videooyun müsabiqəsi keçirmək nəzərdə tutulmuşdur.
Təşkilatçıların sözlərinə görə, on gün davam edən festival hər il BMT Baş Məclisinin təsis etdiyi 21 sentyabr - Beynəlxalq Sülh Günü başlanacaqdır.
Festivalın məşvərət şurasına tanınmış xadimlər, o cümlədən bir sıra ölkələrin BMT-dəki daimi nümayəndələri Aqşin Mehdiyev (Azərbaycan), Bırqan Aytimov (Qazaxıstan), Aksoltan Atayev (Türkmənistan), Yuri Sergeyev (Ukrayna), habelə ABŞ Milli İncəsənət Cəmiyyətinin prezidenti Oldon Ceyms və başqaları daxildirlər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında