Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa İçərişəhərlə tanış olmuşdur

BMT Baş katibinin xüsusi elçisi, Avropa İttifaqının Uzunmüddətli İnkişaf Proqramının həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi ilə tanış olmuşdur.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AzərTAc-a bildirmişlər ki, elektromobillərlə başlanan gəzinti zamanı İçərişəhər, Qoşa Qala qapıları və buradakı meydan barədə maraqlı tarixi məlumatlar qonağın diqqətinə çatdırılmışdır.
Böyük İpək Yolunun üstündə yerləşən Multanı və Buxara karvansaralarının Azərbaycanın qədim iqtisadi əlaqələrindən xəbər verdiyi və öz ilkin memarlıq quruluşunu saxladığı qeyd olunmuşdur.
İçərişəhərin qədim abidələrindən olan Sıratağlı dini-memarlıq kompleksinin (Bazar Meydanı) ərazisində yenidən təşkil edilmiş ekspozisiya ilə tanışlıq zamanı bu işlərin avstriyalı mütəxəssislərin hazırladığı layihə əsasında, ən müasir beynəlxalq tələblərə uyğun həyata keçirildiyi bildirilmişdir.
Xəzər dənizinin kənarında, dənizə doğru maili nəhəng bir qayanın üzərində silindirik formada tikilmiş, nadir quruluşa malik Qız qalasının Bakının rəmzi və YUNESKO-nun "Dünya İrsi Siyahısı"na daxil edilmiş abidə olduğu vurğulanmışdır.
Qonaq Kiçik Karvansara abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi - "İncəsənət Bağı"na baş çəkmiş və burada tanınmış Azərbaycan rəssamlarının İçərişəhərə həsr olunmuş rəsm əsərlərinə tamaşa etmişdir.
Sonda xanım Vayra Vike-Freyberqa İçərişəhərin fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında