Bakıda ABŞ-ın Ordu Mühəndislər Korpusu və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə mülki-hərbi fövqəladə hazırlıq üzrə seminar keçirilir

Sentyabrın 13-dən Bakıda ABŞ-ın Ordu Mühəndislər Korpusu və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə mülki-hərbi fövqəladə hazırlıq üzrə seminar keçirilir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, sentyabrın 16-dək davam edəcək seminarın keçirilməsindən məqsəd qurumlararası səviyyədə təbii fəlakətlərə və texnogen qəzalara hazırlıq üzrə qarşılıqlı təcrübə mübadiləsidir. Tədbirin əsas mövzusu subasma və neft dağılmasıdır.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin 40-a yaxın əməkdaşı ilə yanaşı, Azərbaycanın digər dövlət qurum və təşkilatlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri də iştirak edirlər.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında