Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Komitəsinin 11-ci iclası keçirilmişdir

Sentyabrın 10-da Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Komitəsinin 11-ci iclası keçirilmişdir. İclasda Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərliyi ilə aidiyyəti dövlət qurumları təmsilçilərindən ibarət nümayəndə heyəti iştirak etmişdir.
Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) bildirmişlər ki, iclasda Avropa Qonşuluq Siyasəti (AQS) çərçivəsində qəbul edilmiş Azərbaycan-Avropa İttifaqı Fəaliyyət Planının həyata keçirilməsi, xüsusən Şərq Tərəfdaşlığı çərçivəsində Assosiasiya Sazişi üzrə danışıqlar, insan hüquqları və demokratikləşmə, Dağlıq Qarabağ münaqişəsi, iqtisadiyyat, ticarət, enerji sahələrində əməkdaşlıq, Aİ-nin yardım proqramları və digər məsələlər ətrafında müzakirələr aparılmışdır. Fəaliyyət Planının 2009-cu ildə icrası ilə bağlı Avropa Komissiya tərəfindən hazırlanmış "Tərəqqi Hesabatı"na dair Azərbaycanın mövqeyi bildirilmiş və müvafiq sənəd qarşı tərəfə təqdim edilmişdir.
İclasda, həmçinin Aİ-Azərbaycan yeni "Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri" və "Məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya məsələləri" üzrə alt-komitələrinin yaradılması barədə yekun qərar verilmişdir.
Eyni zamanda, iclasda Aİ ilə mədəniyyət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, mütəxəssislərin ixtisasının artırılması, Aİ çərçivəsində mədəniyyət sahəsində həyata keçirilən proqram və layihələrdə iştirak və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında