Gəncəyə bax, sonra... yaz Replika

Gəncənin necə dəyişdiyinin, gözəl bir şəhərə çevrildiyinin sübuta ehtiyacı yoxdur.Qədim Nizami yurdu göz qabağındadır.Təbii ki, ulu Nizaminin uyuduğu şəhər ölkə Prezidenti İlham Əliyevin Gəncə və gəncəlilərə göstərdiyi xüsusi diqqət və qayğı sayəsində bu səviyyəyə çatmışdır. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev əhali ilə görüşlərdə, müxtəlif rəsmi tədbirlərdə, yığıncaqlarda dəfələrlə deyib ki,Gəncə möhtərəm Prezidentimiz İlham Əliyevin  qayğısı sayəsində sürətlə inkişaf edir.

Gəncədə elə obyektlər tikilib istifadəyə verilib ki, respublikada tayı-bərabəri yoxdur. Şəhərin bütün küçə və məhəllələri abadlaşdırılır. Hara baxırsan, iş gedir. Şəhər qədimliyi qorunmaqla müasirliyə qovuşur. Təsadüfi deyil ki, Gəncə 2016-cı ildə “Avropanın gənclər paytaxtı seçilib. Qonaq-qaralı bir şəhər olub Gəncə. Şəhər ən yüksək səviyyədə beynəxalq tədbirlərə ev sahibliyi edir. Sonradan bu tədbirlərin sorağı dünyanın müxtəlif yerlərindən gəlir.

Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev gününün əksər vaxtını kabinetində deyil, şəhərin müxtəlif obyektlərində keçirir, işə nəzarət edir, tapşırıqlarını verir. O, hətta hər daşın düzülüşünə belə diqqət yetirir, – desək, səhv etmərik. Dediklərimiz gəlişigözəl sözlər kimi qəbul olunmasın. Elmar müəllim heç özü də tərifi sevmir. Sadəcə, bu da onun iş üsuludur: nəzarət, məsuliyyət hissi. Bəs belə olan halda, necə olur ki, heç bir fakta istinad etmədən böyük bir şəhərin rəhbəri haqqında böhtan, şər, iftira dolu yazılar dərc edirlər?! Və sonra da üzr belə istəmədən yazdıqlarını təkzib edirlər.

Əslində, belə “yazıların” meydana gəlməsini  və onların niyyətini başa düşməmək çətin deyil. Çünki belə cızmaqaralar müəyyən vaxtlarda məqsədli şəkildə yayılır. Bir qədər də dəqiq desək, məqsəd Gəncədə görülən işləri gözügötürməmək və insanları ruhdan salmaqdır. Amma bütün bunlar əbəsdir. Gəncədə kimin kim olduğunu hamı yaxşı bilir. Bir də ki, dönüb Gəncəyə baxanlar şəhərin dünəni ilə bugününü müqayisə edir və hər yerdə yalnız işıq görürlər. İşıq isə həmişə zülməti yarıb. Bütün bunları unutma, yazan “dost”, Gəncəyə bax, sonra...yaz.

 

Hamlet QASIMOV,

“Xalq qəzeti” nin bölgə müxbiri

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında