"Deputatlığa namizədlər üçün yaddaş kitabçası" çap edilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə bağlı seçki subyektlərinin maarifləndirilməsi proqramını davam etdirir.
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, proqram çərçivəsində "Deputatlığa namizədlər üçün yaddaş kitabçası" hazırlanıb çap etdirilmişdir. Məqsəd deputatlığa iddialı vətəndaşlara passiv seçki hüquqlarının reallaşdırılmasında yardımçı olmaqdır.
Yaddaş kitabçasında deputatlığa namizədliyin irəli sürülməsi, seçici imzalarının toplanması, deputatlığa namizədliyin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi, namizədliyin qeydə alınması qaydaları əks olunmuş, eyni zamanda, namizədlərin hüquq və vəzifələri izah edilmişdir. Kitabçada namizədlərin riayət etməli olduğu, onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumat verilmişdir.
Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında