Psixoloji hazırlıq və döyüş ruhu

İstənilən ordunun döyüş qabiliyyətinə təsir edən başlıca amillərdən biri mənəvi-psixoloji hazırlıqdır. Hərbi hissədə hava hücumundan müdafiəçilərin döyüş ruhunu yüksək səviyyədə saxlamaq üçün bütün tədbirlər görülür. İctimai-siyasi hazırlıq dərslərində şəxsi heyət xalqımızın hərb tarixilə tanış olur, doğma Vətənimizə məhəbbət ruhunda tərbiyə olunurlar. Onlar Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi istiqamətində dövlət rəhbərliyinin atdığı siyasi-diplomatik addımlarla tanış edilir, ölkəmizin müdafiəçiləri kimi ordumuzun şəxsi heyətinin üzərinə düşən vəzifənin məsuliyyəti onlara dərindən aşılanır.
Hərbi hissələrin uğurları əslində kiçik bölmələrin gündəlik fəaliyyəti zamanı, döyüş hazırlığı məşğələləri və praktik dərslərdə qazandığı bilik və vərdişlər hesabına formalaşır. Bu baxımdan özüyeriyən zenit qurğularının heyətləri hərbi hissəyə başucalığı gətirir. Təkcə onu demək kifayətdir ki, ötən il hava hücumundan müdafiə bölmələri arasında hərbi hissənin heyətləri ən yaxşı nəticə göstərməyə nail olub.
Yüksək döyüş hazırlığı nümayiş etdirmiş batareyanın komandiri baş leytenant Qamət Mahmudov hərbi hissənin ən hazırlıqlı zabitlərindəndir. Məhz onun təşkilatçılıq bacarığı, şəxsi nümunəsi şəxsi heyətin uğurlara köklənməsinə imkan yaradıb.
Özüyeriyən zenit qurğuları komandirlərindən gizirlər Mahir Canəliyevin və Ağəli Güləliyevin adlarını qeyd etməyə dəyər. Onların peşəkarlığı və işgüzarlığı nəticəsində heyətlər döyüş hazırlığı məşğələlərində qurğuları mükəmməl öyrənmiş və ondan məharətlə istifadə etmək vərdişlərinə yiyələnmişlər.
Özüyeriyən zenit qurğusunun komandiri, hərbi hissədə bacarıqlı hərbçi kimi hörmət qazanmış gizir Mahir Canəliyev əslən Yardımlı rayonundandır. O, əsgər kimi də hava hücumundan müdafiə hissəsində xidmət edib. Ordu sıralarında əsgəri borcunu verdikdən sonra Mahir Silahlı Qüvvələrimizdə xidmətini davam etdirmək qərarına gəlib. Artıq gizir Canəliyev 7 ildir ki, özüyeriyən zenit qurğusunun komandiridir. Ötən illərin təcrübəsi onun peşəkarlığının cilalanmasında böyük rol oynayıb.
- Vətənə ləyaqətlə xidmət etmək hər bir azərbaycanlı üçün şərəf işidir, - gizir Mahir Canəliyev deyir. - Hava hücumundan müdafiəçi kimi mən ordu sıralarında xidməti belə başa düşürəm. Bir sözlə, hər kəs öz postunda möhkəm olmalıdır. Bunun üçün ixtisasını artırmalı, həmişə peşə vərdişlərini möhkəmləndirməlidir. Yalnız bu halda yaxşı mütəxəssis kimi yetişmək mümkündür. Ən başlıcası isə köksündə Vətəni həqiqi mənada sevən ürək gəzdirsən, heç bir çətinlik insanı qorxuda bilməz.

{nl}

Ə. QASIMOV

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında