Vayra Vike-FREYBERQA: Azərbaycan sürətlə inkişaf edir

Bakıda səfərdə olan BMT Baş katibinin xüsusi elçisi, Avropa İttifaqının uzunmüddətli inkişaf proqramının həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa sentyabrın 12-də Azərbaycan gəncləri ilə görüşmüşdür.
"İRƏLİ" İctimai Birliyinin sədri Ceyhun Osmanlı rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında qonağa məlumat vermişdir.
Xanım Vayra Vike-Freyberqa yenidən Azərbaycanda olmağından məmnun qaldığını bildirmişdir. O demişdir ki, Azərbaycan gənclər ölkəsidir, bu ölkənin inkişafında gənclərin rolu böyükdür. Azərbaycan hər sahədə sürətlə inkişaf edir. Siz xoşbəxtsiniz ki, belə bir ölkədə yaşayırsınız.
Sonra qonağa Azərbaycan gənclərinin gələcəyə baxışları, fikirləri barədə ətraflı məlumat verilmiş, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşdə Milli Məclisin deputatı Qənirə Paşayeva, Latviyanın Azərbaycandakı səfiri Hardijs Baumanis iştirak etmişlər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında