Azərbaycanda uşaq əməyinin istismarı halları azalmışdır

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev ölkəmizdə səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) uşaq əməyinə dair Avropa, Mərkəzi Asiya və ərəb ölkələri üzrə proqram rəhbəri xanım Snezhina Bedalli ilə görüşmüşdür.

İ. İsayev Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının ölkədə uşaqların müdafiəsi sahəsində də uğurlu siyasətin aparılmasına şərait yaratdığını vurğulamışdır. Nazir müavini milli qanunvericilikdə uşaq əməyinə münasibətdən söz açaraq bildirmişdir ki, BƏT-in Azərbaycan tərəfindən ratifikasiya olunmuş 138 nömrəli Konvensiyasına uyğun olaraq, ölkənin Əmək Məcəlləsində uşaqların işə qəbulu üçün minimum hədd 15 yaş müəyyən olunmuşdur. Həmçinin konvensiyadakı müvafiq prinsip əsasında, məcəllədə yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, əmək şəraiti, iş vaxtının, əmək məzuniyyətinin vaxtı, müddəti və s. baxımından onlar  üçün müvafiq təminatlar, güzəştlər əksini tapmışdır.

Nazir müavini işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxslərin işə, habelə  onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə ölkəmizin İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cəza tədbirlərini diqqətə çatdırmışdır. O bu sahəyə dövlət nəzarətinin daim gücləndiyini, artıq uşaq əməyinin istismarı hallarının getdikcə azaldığını qeyd etmişdir.

Azərbaycanda tətbiqinə başlanan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi (EİS) barədə də məlumat verən İ. İsayev bildirmişdir ki, sistemdə artıq 1,3 milyondan artıq əmək müqaviləsi bildirişi qeydə alınmışdır. Əmək bazarı ilə bağlı geniş informasiya bazasını, həmçinin işçilərin yaş həddini, fotoşəkillərini özündə əks etdirən bu sistem eyni zamanda uşaq əməyinin istismarı hallarının da dərhal aşkar olunmasına imkan verəcək.

Xanım S. Bedalli Azərbaycanda uşaq əməyinin istismarı hallarının aradan qaldırılması sahəsində aparılan işlərin məmnunluq doğurduğunu və BƏT-in gələcəkdə bu işlərdə ölkəmizə dəstək verməyə hazır olduğunu qeyd etmişdir. O, qarşıdakı dövrdə ölkəmizdə uşaq əməyi ilə bağlı aidiyyatı təşkilatların təmsil olunduğu əlaqələndirmə komitəsinin yaradılması, habelə uşaq əməyinə dair sorğunun keçirilməsi, uşaq əməyinin istismarına qarşı mübarizə sahəsində çalışanların peşəkarlığının artırılması üçün təlim və treninqlərin təşkili kimi təkliflərini səsləndirmişdir. Bu istiqamətlərdə görüləcək işlərdə BƏT tərəfindən müəyyən dəstəyin veriləcəyini bildirən xanım S. Bedalli bildirmişdir ki, Azərbaycanda tətbiq olunan əmək müqaviləsi bildirişi üzrə EİS olduqca önəmli islahat tədbiri kimi böyük önəm kəsb edir və BƏT tərəfindən yüksək dəyərləndirilir. Fəaliyyət sahəsi olan Avropa, Mərkəzi Asiya və ərəb ölkələrində belə bir mütərəqqi sistemlə rastlaşmadığını qeyd edən xanım S. Bedalli Azərbaycanın bu sahədəki uğurlu təcrübəsinin digər bir çox ölkələr üçün də nümunə ola biləcəyini vurğulamışdır. 

Görüşdə qeyd olunan təkliflərlə bağlı fikir mübadiləsi aparılmışdır.

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında