Mətbuatyayımın problemləri müzakirə mövzusudur

Azərbaycan Mətbuat Şurasında keçirilən "dəyirmi masa"da ölkədə dövri nəşrlərin yayımının durumu, mövcud problemlər və onların həlli yolları geniş müzakirə olundu.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov mövzu ilə bağlı aparılmış monitorinqin nəticələri barədə məlumat verərək bildirdi ki, təkcə ölkə paytaxtında ümumi tirajı 850 min nüsxəyə çatan 325 qəzet-jurnal çap olunur. İctimai-siyasi nəşrlərin 75-80 faizi, əyləncəli qəzet-jurnalların 40-45 faizi, idman çap məhsullarının 30-35 faizi abunə və satış yolu ilə oxuculara çatdırılır. Təəssüf ki, bir sıra qəzet-jurnalların böyük hissəsi satışdan geri qayıdır və kağız tullantısına çevrilir. Bunun bir səbəbi onların oxucu tələbatını cavablandıra bilməməsidirsə, bir səbəbi də mətbuatyayım qurumlarının öz işlərini çevik qurmamasıdır. Buna görə də hər iki tərəfin - jurnalistlərin və yayımçıların məsələni dərindən araşdırması, hədər fəaliyyətə son qoyulması günün tələbidir.
"Dəyirmi masa"da ölkənin aparıcı mətbuatyayım qurumlarının rəhbərləri - "Azərmətbuatyayım" ASC-nin sədri Vüqar Səfərov və sədr müavini İlham Ələsgərov, "Qasid" firmasının direktor müavini Ağəli İsmayılov, "Qaya" firmasının direktoru Xanhüseyn Əliyev, "Kaspi" firmasının direktoru Süleyman Salmanov, "Metroservis" firmasının direktoru Bəkir Cəfərov və başqaları respublikada dövri nəşrlərin yayımının vəziyyəti barədə məlumat verdilər. Bildirildi ki, ictimai-siyasi nəşrlərin oxuculara çatdırılmasında ağırlıq abunə yolu ilə yayımın üzərinə düşürsə, müstəqil və partiya nəşrləri əsasən satış yolu ilə yayılır. Təəssüf ki, köşklərə və digər satış ünvanlarına göndərilən qəzet-jurnalların ümumi həcminin yarısından çoxu geri dönür. Həftəlik və aylıq nəşrlərin isə böyük hissəsi alınmır. 30 gündəlik qəzetin bir çoxunun 50 faizi satılır. Bunların içərisində 4-nün satış faizi daha yüksəkdir.
"Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, "Ayna" - "Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı, "Olaylar" qəzetinin baş redaktoru Yunis Oğuz, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və digər media rəhbərləri oxucu marağını artırmaq, yayım firmaları ilə əlbir fəaliyyəti canlandırmaq yollarından söz açdılar.
Əhalinin gur olduğu yerlərdə qəzet-jurnal satışı köşklərinin sayını artırmaq, dövri nəşrlərin gedib çatmadığı kənd yerlərində poçt şöbələri vasitəsilə satış təşkil etmək, qəzet satışı avtomatlarından istifadə etmək, açıq satışı genişləndirmək, mətbuatın dostları hərəkatını canlandırmaq, yayım üzrə koordinasiya mərkəzi yaratmaq, ölkədə mətbuatyayımı konsepsiyası hazırlamaq kimi təkliflər maraqla qarşılandı.
Müzakirələri yekunlaşdıran AMŞ sədri Əflatun Amaşov bildirdi ki, söylənmiş təkliflər qeydə alınmaqla, diskussiyalar müxtəlif səviyyələrdə davam etdirələcək, ölkədə mətbuatyayımın vəziyyətində ciddi dönüş yaratmaq üçün təsirli tədbirlər həyata keçiriləcək.

{nl}

Tahir AYDINOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında