Uşaqlar üçün xeyriyyə tədbiri

Hər il olduğu kimi bu dəfə də "Kainat" Gənclik Mərkəzi tədbirlər planına əsasən "15 sentyabr - Bilik günü" münasibətilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı və dəstəyi ilə "İtoci" şirkətinin iştirakı ilə Milli Parkda sosial müdafiəyə ehtiyacı olan bir qrup azyaşlı məktəbli üçün (80 nəfər) xeyriyyə tədbiri keçirəcəkdir. Bu məktəblilər əsasən işğal olunmuş bölgələrimizdən olan təhsil ocaqlarını təmsil edirlər. Bakı və bakıətrafı tədris müəssisələrində təhsillərini davam etdirən bu kateqoriyadan olan şagirdlər üçün xüsusi bayram sovqatları hazırlanıb. Bundan başqa, çay süfrəsi arxasında uşaqların bayram sevincini rəngarəng etmək üçün məzhəkəçilərdən və marionet kuklalardan ibarət truppa bədii proqramla iştirakçıların qonağı olacaqdır. Bayram tədbirində uşaqlarla oyunlar keçiriləcək, onların bilik və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılacaq. Hər bir uşağa çox çeşidli dərs ləvazimatları təqdim olunmaqla yanaşı, bu tədbir üçün xüsusi hazırlanmış şirniyyatlar da hədiyyə ediləcək.
Tədbir 2010-cu il sentyabr ayının 13-də saat 11.00-da Milli Parkda (Dövlər Kukla Teatrının yaxınlığındakı iaşə obyektində) təşkil olunacaq.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında