Ramazan bayramı ərəfəsində yeni rabitə obyektləri istifadəyə verilir

Müqəddəs Ramazan bayramı münasibəti ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müəssisələri yeni rabitə obyektlərini əhalinin istifadəsinə verir. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, Aztelekom İstehsalat Birliyi tərəfindən bu günlərdə Astara rayonunun Səncərədi kəndində, İmişli rayonunun Aranlı və Məzrəli kəndlərində, Göyçayın Qaraxıdır kəndində 256/30 nömrə tutumlu yeni elektron tipli ATS quraşdırılaraq əhalinin istifadəsinə verilib.
İsmayıllı rayonu Gülyan kəndində, Ağstafa rayonunun Köçəsğər kəndində 512/60 nömrə tutumlu, həmçinin Ağstafa rayonunun Düzqışlaq və Eynallı kəndində 256/30, Sadıxlı kəndində isə 128/30 nömrə tutumlu yeni elektron tipli ATS quraşdırılıb. Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən bu günlərdə Yasamal rayonu Əfsanə MTK yaşayış sahəsinin ərazisində 1872 nömrə tutumlu NGN tipli ATS, Nizami rayonu Neapol 2 yaşayış massivi ərazisində 3072 nömrə tutumlu NGN tipli ATS, Qaradağ rayonu ərazisində "Binə" ticarət mərkəzində 256 nömrə tutumlu ATS istifadəyə verilib, həmçinin Yasamal rayonu Dəlidağ yaşayış massivi ərazisində olan ATS-in tutumu 1876 nömrə artırılıb.
Azərpoçt MMC Ramazan bayramına Şəki rayonunun Şəkikənd və Aydınbulaq kəndlərində, Oğuz rayonunun Bayan və Bucaq kəndlərində yeni poçt şöbələrinin binalarının açılışını planlaşdırır.
Bayram münasibətilə "Teleradio" İstehsalat Birliyi tərəfindən də bir sıra tədbirlər görülüb. "İdman Azərbaycan" TV proqramının yayım keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə Yalama RTYS-də 24-cü TVK-da, 500Vt gücündə Vigintos-elektron tipli, Xızı RTYS-də 24-cü TVK-da 100Vt gücündə elektron tipli verici quraşdırılıb istismara verilib.
Qusar rayonunda AzTV və İctimai TV proqramlarının yayım keyfiyyətinin daha da artırılması üçün Sudur kəndinin yuxarı dağ ərazisində, dəniz səviyyəsindən 2400 metr yüksəklikdə "Teleradio" İB tərəfindən yeni televiziya ötürücü qülləsi inşa edilib və televiziya vericiləri quraşdırılaraq istifadəyə verilib.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında