Dünya Gömrük Təşkilatının nümayəndəsi Azərbaycandadır

Azərbaycana səfərə gələn Dünya Gömrük Təşkilatı potensialın gücləndirilməsi direktorluğunun rəhbəri Lars Karlson Dövlət Gömrük Komitəsində olmuşdur.
Lars Karlson əvvəlcə Fəxri Xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir.
Qonaq görkəmli oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad etmiş, məzarı üzərinə tər güllər qoymuşdur.
Sonra Lars Karlson Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzmüşdür.
Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə keçirilən görüşdə komitənin sədri Aydın Əliyev demişdir ki, dövlətimizin başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq bir sıra gömrük buraxılış məntəqələri beynəlxalq standartlar səviyyəsində yenidən qurularaq istifadəyə verilmişdir.
Lars Karlson vurğulamışdır ki, Azərbaycanda sürətli inkişaf tempi mövcuddur. O, iki qurum arasında əlaqələrin müsbət məcrada inkişafından razılığını ifadə etmişdir.
Görüşdən sonra Lars Karlson Dövlət Gömrük Komitəsinin statistika və informasiya texnologiyaları baş idarəsində olmuşdur. Burada qonağa gömrük sistemi informasiya texnologiyalarının tətbiqi sahəsində əldə olunmuş nailiyyətlər barədə məlumat verilmişdir. Qonaq paytaxtda inşa edilən potensialın gücləndirilməsi üzrə ofisə baş çəkmiş, aparılan tikinti işləri ilə tanış olmuşdur.
Daha sonra "Azərterminalkompleks" təsərrüfathesablı xarici iqtisadi birliyin inzibati binası ilə tanış olan Lars Karlson ümummilli lider Heydər Əliyevin xatirə muzeyinə gəlmişdir. Ulu öndərin həyatının müxtəlif dövrlərini əks etdirən fotostend qonaqda xoş təəssürat yaratmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında