Uşaqların problemləri daim diqqət mərkəzindədir

Sentyabrın 10-dan 14-dək Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi və YUNİSEF Nabranda uşaq hüquqları, sağlam həyat tərzi və yaşam bacarıqları, əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiyası mövzularında uşaqların biliklərinin və həmyaşıddan-həmyaşıda bacarıqlarının artırılmasına töhfə verəcək yay düşərgəsi keçirəcəklər.
Heydər Əliyev Fondundan bildirmişlər ki, Nabrandakı "Atlant" istirahət mərkəzində keçiriləcək beşgünlük düşərgənin əsas məqsədi təlim bacarıqları öyrətməklə əlil uşaqların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq və həmyaşıdları arasında ünsiyyət vasitələrinə yiyələnmək vərdişlərini artırmaqdır.
Yay düşərgəsi Xaçmaz rayonu və Bakı şəhərinin rayonlarından olan 13-17 yaşlarında 45 yeniyetmə və gənci əhatə edəcəkdir. Bu uşaqların 50 faizini qızlar, 60 faizini isə əlilliyi olan uşaqlar təşkil edəcəkdir. Düşərgəyə 14 valideyn, 14 texniki işçi və mütəxəssislər cəlb olunacaqdır.
Uşaqlar üç qrupa bölünəcək və hər bir qrupda diqqət uşaq hüquqları, sağlam həyat tərzi və yaşam bacarıqları, əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiyası kimi üç əsas mövzuya yönəldiləcəkdir.
Yay düşərgəsi müxtəlif tədbirlər və idman oyunları ilə müşayiət ediləcək, təlimlərdən sonra isə film nümayişləri və müzakirələr olacaqdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında