Əmək yarmarkalarında vətəndaşlara peşə hazırlığı kursları da təklif edilir

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən respublikanın bölgələrində keçirilən  əmək yarmarkalarından növbəti biri Salyan rayonunda təşkil edilmişdir.

Rayondakı aktiv məşğulluq tədbirində 15-i qeyri-dövlət sektoruna aid 41 müəssisə tərəfindən 350-yə yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif edilmişdir. Yarmarkada 102 nəfər rayon sakininə, o cümlədən sosial cəhətdən həssas qruplardan olan 4 nəfərə boş iş yerlərinə göndəriş verilmişdir. Tədbirdə həmçinin 12 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilmiş, bundan başqa, əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb olunmaq istəyən şəxslərin qeydiyyatı aparılmışdır.

Növbəti əmək yarmarkası Ağsu və Zərdab rayonlarında keçirilmişdir. Ağsuda keçirilən tədbirdə işsiz və işaxtaran vətəndaşlara 30-a yaxın müəssisə üzrə 250-dən çox boş iş yeri təqdim olunmuşdur.  Zərdabda isə rayon ərazisində fəaliyyət göstərən 23 müəssisə tərəfindən əsasən fəhlə və qulluqçu peşələri üzrə 170-ə yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif olunmuşdur. Yarmarkada boş iş yeri təqdim edən müəssisələrin nümayəndələri də iştirak etmiş, işsiz və işaxtaran vətəndaşlarla onların birbaşa əlaqəsi təmin olunmuşdur. Tədbirdə ümumilikdə 48 nəfər rayon sakininə boş iş yerlərinə göndəriş verilmişdir.  ƏƏSMN tərəfindən işsiz və işaxtaran vətəndaşlar üçün daha 6 rayonda əmək yarmarkaları keçiriləcək. Bu dəfə əmək yarmarkası Ağdaş rayonunda keçiriləcək. Tədbirdə 200-dək boş (vakant) iş yerinin işsiz və işaxtaran vətəndaşlara təklif olunması, ayrı-ayrı işsiz və işaxtaran şəxslərin peşə hazırlığı kurslarına, habelə ödənişli ictimai işlərə cəlb olunmaq üçün qeydiyyata alınması nəzərdə tutulur. Ağdaşdan sonra əmək yarmarkalarının ardıcıl olaraq Göyçay, Yevlax, Beyləqan, Lənkəran və Tərtər rayonlarında keçirilməsi planlaşdırılır.

Tədbirlər zamanı müvafiq ərazi üzrə fəaliyyət göstərən müəssisələrdən alınmış məlumatlara əsasən boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə kvota üzrə iş yerləri də təqdim ediləcək.

Yarmarkalarda ayrı-ayrı işsiz şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə hazırlığına cəlb olunması da nəzərdə tutulur.   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, hazırda əmək yarmarkalarına hazırlıq çərçivəsində həmin rayonların idarə, müəssisə və təşkilatlarından boş iş yerləri barədə məlumatlar toplanır.

 

Z. BƏŞİRQIZI,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında