Azərbaycanın Pakistana göstərdiyi maliyyə və humanitar yardımları bu ölkənin mətbuatında geniş işıqlandırılmışdır

Pakistanda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Pakistana göstərilən maliyyə və humanitar yardımları bu ölkənin kütləvi informasiya vasitələrində işıqlandırılmaqda davam edir.
Azərbaycanın Pakistandakı səfirliyindən bildirmişlər ki, sentyabr ayının 6-da Pakistanda dərc edilən "The Daily Jang", "Daily Ash-Sharq", "Daily Tasser", "Daily Taqat", "Daily Nizam", "Daily Azkaar", "Daily Beatab", "Daily Lahore Post", "Daily Nava-i Vaqf", "Daily Sahafat", "The Daily Pakistan", "Daily Asas", "Daily Ausat", "Daily İslamabad Times", "Pyame Meshreq" və urdu dilli digər qəzetlərdə Azərbaycanın Pakistana 2 milyon ABŞ dolları məbləğində maliyyə yardımı etdiyi, avqustun 27-də 35 ton, 29-da isə 37 ton humanitar yardım göndərdiyi qeyd olunmuşdur. Bundan əlavə, məlumatlarda Azərbaycanın Pakistandakı səfirliyinin əməkdaşlarının da avqust ayında ikigünlük, sentyabr ayında isə üçgünlük əmək haqlarının Pakistan Baş nazirinin sel fəlakətinin nəticələrinin aradan qaldırılması fonduna köçürdükləri bildirilir. Məlumatlarda bu çətin günlərdə dost və qardaş Azərbaycanın Pakistanın yanında olduğu xüsusi vurğulanır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında