Bakıda keçirilən beynəlxalq olimpiadanın qaliblərinə mükafatlar təqdim olunmuşdur

Bakıda ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunmuş "Ətraf Mühitin Mühafizəsi lV Beynəlxalq Layihə Olimpiadası (INEPO-EUROASIA)" başa çatmışdır.
Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İctimai Televiziya və Radio Yayımları Şirkətinin dəstəyi və "Çağ" Öyrətim İşlətmələri Şirkətinin təşkilatçılığı ilə keçirilən beynəlxalq olimpiadaya Azərbaycan, Türkiyə, İndoneziya, Böyük Britaniya, Rusiya, Gürcüstan, Rumıniya, Qırğızıstan, Pakistan, Belarus, Slovakiya, Malayziya, Tailand, Türkmənistan, Polşa, Ukrayna, Qazaxıstan, Sudan və s. daxil olmaqla, 33 ölkədən 300-dək iştirakçı qatılmışdır.
Olimpiadanın təşkilat komitəsinə 300-dən çox layihə təqdim olunmuş və onlardan 97-si (45-i Azərbaycandan, 52-si xarici ölkələrdən) seçilərək münsiflər heyətinin müzakirəsinə verilmişdir.
Münsiflər heyətində ayrı-ayrı ölkələrin təcrübəli alim və mütəxəssisləri təmsil olunmuşlar.
Aprelin 10-da Bakı İdman Sarayında beynəlxalq olimpiadanın təntənəli bağlanış mərasimi olmuşdur.
Azərbaycan Respublikasının Dövlət himni səslənmişdir.
Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz çıxış edərək, Prezident İlham Əliyevin 2010-cu ili ölkədə "Ekologiya ili" elan etdiyini vurğulamışdır.
O, eyni zamanda, IV Beynəlxalq Layihə Olimpiadası barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, tədbirdə dünyanın ayrı-ayrı ölkələrindən olan məktəblilər mövzu ilə bağlı biologiya, kimya, fizika-informatika, sosial elmlər kateqoriyası üzrə layihələr təqdim etmişlər.
Layihələri münsiflər heyəti qiymətləndirmişdir.
Sonra qaliblərə mükafatlar təqdim olunmuşdur.
Yekun nəticəyə əsasən, ayrı-ayrı fənn kateqoriyaları üzrə I yeri tutanlar qızıl, II yeri tutanlar gümüş, III yeri tutanlar isə bürünc medallarla təltif edilmiş və onlara sertifikatlar verilmişdir.
Medalçılar arasında azərbaycanlı və türkiyəli məktəblilər çoxluq təşkil etmişlər.
Təhsil naziri Misir Mərdanov, Türkiyənin Bakıdakı səfiri Hulusi Kılıç, "Çağ" Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən və digər çıxış edənlər təbiətin qorunmasının vacibliyindən, beynəlxalq olimpiadanın əhəmiyyətindən danışmış, qaliblərə yeni nailiyyətlər arzulamışlar.
Sonda xatirə şəkilləri çəkdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında