Pakistana humanitar yardım davam edir

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bu barədə söz açılır.
Bildirilir ki, Pakistan İslam Respublikasında baş vermiş təbii fəlakətlə əlaqədar zərər çəkmiş insanlara qardaşlıq yardımının göstərilməsi və daşqınların nəticələrinin aradan qalldırılması məqsədilə, Səudiyyə Ərəbistanı Krallığı bu ölkəyə təxminən 908, 246, 227 səudiyyə riyalı (242, 198 milyon ABŞ dolları) miqdarında humanitar yardım göstərmişdir. Bu yardımlara yaşayış üçün çadırlar, yorğan-döşək dəstləri, ərzaq səbətləri, qırx çarpayılıq səyyar xəstəxanalar, həmçinin dərman təminatı xərcləri, avtomobil və təyyarələrin yanacaqla təmin olunması xərcləri, Səudiyyə Ərəbistanı Xalq Komitəsinin ianələri, BMT-nin müxtəlif təşkilatlarına donorluq və sair yardım və xərclər daxildir.
Qeyd edək ki, bütün bu yardımlardan əlavə ölkənin Kralı- İki Müqəddəs Məscidin Xadimi Abdullah bin Əbdüləzizin göstərişinə əsasən Səudiyyə Ərəbistanından Pakistana mülki müdafiə bölmələrinin xilasediciləri də göndərilmişdir.

{nl}

İ.MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında