"Xalq qəzeti"nin əməkdaşı müsabiqənin qalibi oldu

Böyük Britaniyanın British Midland İnternational (bmi) şirkəti və Photoclub Azərbaycan tərəfindən keçirilən "Mənim ən yaxşı səyahət şəklim" müsabiqəsinin qalibi "Xalq qəzeti"nin məsul katibi İlqar Rüstəmov olub. Fotojurnalistlər və media ilə əməkdaşlıq edən fotoqraflar üçün nəzərdə tutulan müsabiqədə iştirakçıların səyahət zamanı çəkdikləri fotoşəkillər qiymətləndirilib.
İlqar Rüstəmovun fotolentin yaddaşına köçürdüyü "Dubay mənzərəsi" jüri tərəfindən birinci yerə layiq görülüb. Qalib mükafat olaraq bmi şirkətindən Londona üç günlük səyahət hüququ qazanıb. Səyahət zamanı o, Böyük Britaniya paytaxtının ən gözəl yerlərinin mənzərələrini çəkə biləcək, səfərini başa vurduqdan sonra isə bu barədə fotoreportaj təqdim edəcək.
Qeyd edək ki, British Midland İnternational dünyanın ən nəhəng hava limanlarından olan London Hitrouda ikinci ən böyük hava yoludur. Əsas uçuş marşrutları Aberdin, Əddis-Əbəbə, Alma-Ata, Əmman, Bakı, Beyrut, Bişkek, Qahirə, Dəməşq, Dammam, Dublin, Edinburq, Fritoun, Qlazqo, Hannover, Ciddə, Xartum, London Hitrou, Mançester, Domodedovo, Ər-Riyad, Tbilisi, Tehran, Vyana, İrəvan olan bmi 1997-ci ildə yaradılan, beynəlxalq səyahətçilər üçün dünyanın bütün məntəqələrinə çatmaq şəraiti yaradan və rahat xidmətlər təklif edən Star Alliance qrupunun üzvüdür.
Peşəkar və həvəskar fotoqraflar birliyi olan Photoclub foto 2008-ci ildə Facebook sosial şəbəkəsində yaradılıb. Məqsədi Azərbaycanda foto sənətinin inkişafına yardım etmək olan birliyin təsisçiləri Fatimə İbrahimova, Sərvan Qədirov, Tural Salahlı və Kamil Əhmədbəylidir. Hazırda 4000-dək üzvü olan Photoclub fotoqraflar üçün seminarlar, görüşlər, treninqlər keçirir və fotosərgilər təşkil edir.

{nl}

Aida AYSA "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında