Azərbaycanı bir sıra ölkələr, xüsusən də Ermənistan ilə müqayisə etmək olmaz

Avropa Gənclər Forumunun nümayəndə heyəti Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) dəvəti ilə Bakıda səfərdədir.
Nümayəndə heyətinin rəhbəri, Avropa Gənclər Forumunun büro üzvü Miçel Kadera səfərin məqsədi ilə bağlı müsahibə vermişdir.
O demişdir: "Azərbaycan çox böyük tarixi, mədəniyyəti olan bir ölkədir. Müstəqilliyinə qovuşmaq üçün olduqca çətin proseslərdən keçmişdir. Bu da sözsüz ki, gənclərə və gənclər hərəkatlarına öz təsirini göstərmişdir. Azərbaycana gələrkən biz bunun şahidi olduq. Keçirdiyimiz görüşlər zamanı hiss etdik ki, Azərbaycanda gənclərə dövlət tərəfindən çox böyük dəstək verilir. Əvvəllər biz elə düşünürdük ki, yalnız Qərb ölkələrinin təcrübəsini buraya gətirmək mümkündür. Çünki, Çexiya və digər Şərqi Avropa ölkələrində bu günə qədər belə təcrübə tətbiq olunmuşdur. Lakin biz burada gördük ki, Azərbaycanın özünəməxsus sistemləri vardır və gənclərin problemlərinin həlli üçün müxtəlif üsullardan istifadə olunur. Əslində, bizim bu təcrübədən faydalanmağımız yaxşı olardı".
Azərbaycan Gənclər Təşkilatları Milli Şurası ilə sıx əməkdaşlıq etdiklərini vurğulayan qonaq demişdir ki, təşəbbüsümüzlə keçirilən tədbirlərdə azərbaycanlı gənclər, onların birləşdikləri qeyri-hökumət təşkilatlarının nümayəndələri çox fəal iştirak edirlər.
Qonaq daha sonra demişdir: "Mən bir sıra Avropa ölkələrində, eləcə də Rusiya və Ermənistanda olmuşam, onların təcrübəsini öyrənmişəm. Azərbaycan çox güclü inkişaf yolu keçmişdir. Azərbaycanı bir sıra ölkələr, xüsusən də Ermənistan ilə müqayisə etmək düzgün olmazdı. Mən Bakını öz yaşadığım Brüssellə müqayisə edə bilərəm. Azərbaycan paytaxtının gözəlliyi doğrudan da diqqəti cəlb edir. Bakıda şəhərin mərkəzi hissəsində gəzərkən gördüyümüz tarixi abidələr, muzeylər, təmizlik doğrudan da təqdirəlayiqdir".
Miçel Kadera bildirmişdir ki, Azərbaycanın zəngin ehtiyatları vardır. Əldə olunan gəlir çox düzgün istiqamətdə istifadə olunur. Burada müşahidə etdiyim əsas cəhətlərdən biri də ondan ibarətdir ki, Azərbaycanda istər gənclər, istərsə də ölkəni idarə edənlər daha çox inkişaf naminə çalışırlar. Azərbaycan cəmiyyəti də çox ağıllıdır. Çünki bu cəmiyyət öyrənmək həvəskarıdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında