“Rabitəçi” sağlamlıq düşərgəsində məcburi köçkün məktəbinin birinci sinif şagirdlərinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim olundu

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Görədil qəsəbəsində yerləşən “Rabitəçi” sağlamlıq düşərgəsində məskunlaşmış şuşalı məcburi köçkünlərin birinji sinfə gedən fidanları üçün Bilik Günü keçirilib.

Düşərgədə fəaliyyət göstərən Şuşa rayon 9 saylı məktəbdə düzənlənən tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, “Teleradio” İB-nin rəhbərliyi, Şuşa Rayon İcra Hakimiyyətinin nümayəndələri, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Ötən tədris ilində qazanılmış nailiyyətlərdən danışan  məktəbin direktoru Qədim Abdullayev bildirib ki, sözügedən təhsil ocağında ildən-ilə şagirdlərin sayı artır. Hazırda 22  uşağın birinci sinfə qədəm qoyduğunu vurğulayan direktorun sözlərinə görə, ötən il rəhbərlik etdiyi məktəb  olimpiadalarda yüksək səviyyədə iştirak edib: “Şagirdlərimiz respublika olimpiadalarında uğurlu nəticələr göstərərək mükafatçılar sıralarına düşüblər. Məzunlarımız ölkənin ən məşhur universitetlərinə qəbul olublar. Uğurlarımız hər il artır”.

Məktəbdə təhsil alan şagirdlərin hər zaman Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən diqqətdə saxlanıldığını vurğulayan direktor bu il də siniflərin nazirlik tərəfindən təmir olunduğunu qeyd edib.

Daha sonra rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Bilik Günü münasibəti ilə şagirdləri və müəllimləri təbrik edib. Gələn il 9 saylı məktəb üçün də yeni binanın tikilib istifadəyə veriləcəyini vurğulayan E.Vəlizadə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan siyasət nəticəsində torpaqlarımızı işğaldan azad edəcəyimiz gün  uzaqda deyil.  

Daha  sonra Heydər Əliyev Fondu tərəfindən göndərilən məktəb ləvazimatları ilə təchiz edilmiş çantalar birincilərə təqdim olunub. Eyni zamanda, bu il ali məktəblərə daxil olan tələbələrə nazirlik adından mobil telefon hədiyyə edilib.

 

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında