"Jurnalistlərin peşə davranışı qaydaları"nın təkmilləşdirilmiş variantı ictimaiyyətə təqdim olunmuşdur

Sentyabrın 6-da ATƏT-in Bakı ofisi ilə Azərbaycan Mətbuat Şurası "Medianın özünütənzimləməsi vasitəsilə ifadə azadlığının qorunması" mövzusunda birgə konfrans keçirmişlər.
Konfransda "Jurnalistlərin peşə davranışı qaydaları"nın təkmilləşdirilmiş variantı ictimai müzakirəyə təqdim olunmuşdur. Yeni variantın jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xidmət edəcəyi bildirilir.
Təkmilləşdirilmiş sənəddə məlumatların toplanması və açıqlanması, cinayət hadisələri haqqında məlumatların verilməsi və təqsirsizlik prezumpsiyası, medianın müstəqilliyi və jurnalistlərin hüquqlarına dair məsələlərə xüsusi diqqət yetirilmişdir.
Yeni qaydaların jurnalistlərin təcrübəsini institusional səviyyədə təkmilləşdirəcəyini vurğulayan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirmişdir ki, sənəd, həmçinin media mənsublarını gündəlik fəaliyyətlərində etik standartların tətbiqinə sövq edəcəkdir.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev vurğulamışdır ki, medianın özünütənzimləməsində cəmiyyətin, ölkənin reallığının nəzərə alınması vacibdir.
KİV-lərin inkişafı üçün bir sıra mühüm addımların atıldığını, qanunların qəbul olunduğunu vurğulayan sektor müdiri bildirmişdir ki, bütün bunlar medianın özünütənzimləməsi üçün geniş imkanlar yaratmışdır.
ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel də yeni qaydaları mediada yüksəliş kimi qiymətləndirmişdir. Onun sözlərinə görə, Azərbaycan bir sıra məsələlərlə bağlı ATƏT-in qarşısında öhdəlik götürmüş və onları yerinə yetirməkdə davam edir.
Konfransda iştirak edən bolqarıstanlı media mütəxəssisi Oqnian Zlatev və İrlandiya Mətbuat Şurası idarə heyətinin üzvü Martin Fitzpatik etik davranış qaydaları və medianın özünütənzimləməsinə dair təmsil etdikləri ölkələrin təcrübəsi, eləcə də etik davranış qaydalarının defamasiya və böhtanın dekriminallaşdırılmasına olan təsiri haqqında məlumat vermişlər.
Konfransda ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dünya Miyatoviçin müraciəti də oxunmuşdur.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında