Azərbaycanda İslam dəyərlərinə böyük dövlət qayğısı vardır

İstanbuldakı "Grand Cəvahir" hotelində İslam Tarix, Sənət və Mədəniyyət Araşdırmaları Mərkəzinin (İRCİCA) təşkilatçılığı ilə "Qurani-Kərim"in nazil olmasının 1400 illiyi münasibətilə beynəlxalq konfrans keçirilmişdir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov tədbirdə çıxış etmişdir. Natiq bildirmişdir ki, XX əsrin sonunda müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında İslam dininə qayğı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Onun məscidlərin təmiri, müqəddəs dinimizin cəmiyyətin həyatında mühüm yer tutması sahəsində gördüyü işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Müxtəlif dinlərin nümayəndələrinə də gözəl şəraitin yaradıldığı Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda ən tolerant ölkələrdən biri kimi göstərilir. Bu yaxınlarda Bakıda dövlətimizin başçısının xüsusi dəstəyi ilə "Qurani-Kərim"in nəfis şəkildə hazırlanmış yeni nəşrinin təqdimat mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu, Türkiyə Diyanət İşləri Başkanlığının rəhbəri Əli Bardakoğlu və digər natiqlər müqəddəs "Qurani-Kərim"in nazil olduğu Qədir gecəsində müsəlman ölkələrinin nümayəndələrinin bir yerə toplaşmasını və problemləri müzakirə etmələrini əlamətdar hadisə adlandırmışlar. Onlar İslam dünyasını sel və torpaq sürüşmələrindən əziyyət çəkmiş Pakistana daha çox yardım göndərməyə çağırmışlar.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında