"Azərbaycanın yeni turist marşrutlarını kəşf edək" layihəsi reallaşır

Son illər Azərbaycanın turizm sahəsində imkanlarının təbliğ edilməsi, daxili turizmin inkişafı və turizm xidməti infrastrukturunun qurulması sahəsində böyük işlər görülüb və hazırda bu işlər davam etdirilməkdədir.
Gündən-günə inkişaf edən respublikanın iqtisadiyyatında turizm sektoru prioritet sahəyə çevrilmişdir."Azərbaycan Respublikasında 2010-2014-cü illərdə Turizmin İnkişafına dair Dövlət Proqramı"nın 2.3.8 bəndinin müddəalarına əsasən ekstremal turizm növünün inkişafı və təbliğatı məqsədilə 27 sentyabr Ümumdünya Turizm Gününün qeyd edilməsi çərçivəsində bu gün"Azərbaycanın yeni turist marşrutlarını kəşf edək" layihəsi adı altında Quba rayonundan Şamaxı rayonuna dağ yolları ilə turizm marşrutunun həyata keçilməsinə başlanmışdır.
Marşrut Mədəniyyət və Turizm Nazirliyi və Bakı Professional off-roaderlər klubunun (club 4x4) təşkilatçılığı, MBASK sığorta şirkətinin, "İnter Diaqnostika" tibb mərkəzinin, "Nazlı bulaq" istirahət mərkəzi və "dağlar qoynunda" ailəvi istirahət mərkəzinin dəstəyi, "Xəzər fast food" kafesinin və "Red Bull"un sponsorluğu ilə həyata keçiriləcək.
Avto Safaridə daxili turizmlə məşğul olan turizm şirkətlərinin nümayəndələri ilə yanaşı, KİV təmsilçiləri də iştirak edəcəklər.{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında