Gəncə və Mingəçevir məktəblilərinin şimal bölgəsinə ekskursiyasının son ünvanı Xaçmaz şəhəridir

 

Avqustun 22-də Xaçmaz şəhəri Gəncə və Mingəçevirdən olan məktəbliləri qarşıladı. AzərTAc xəbər verir ki, məktəblilər əvvəlcə  şəhərin mərkəzindəki Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etdilər.

Rayon icra hakimiyyəti başçısının müavini İlhamə Nəzərova qonaqlara Xaçmaz haqqında ətraflı məlumat verdikdən sonra məktəblilər şəhərdəki Heydər Əliyev Mərkəzində oldular.  Tur-aksiya iştirakçıları burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müxtəlif dövrlərdə çəkilən fotoşəkillərindən ibarət stendlərə baxdılar, ulu öndərə həsr olunan filmi maraqla izlədilər.

Məktəblilər Xaçmaz şəhərində Azərbaycanın 52 görkəmli şair və yazıçısının, mədəniyyət və incəsənət xadiminin büstü qoyulan, açıq səma altında yaradılan Şəxsiyyətlər muzeyində də oldular. Ekskursiya iştirakçıları muzey-parkı gəzib xatirə şəkilləri çəkdirdilər.

Tur-aksiyanın iştirakçıları 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Xaçmaz rayon tarix-diyarşünaslıq muzeyini də ziyarət etdilər. Məktəblilərin diqqətinə çatdırıldı ki, muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat vardır. Bildirildi ki, muzeydə tarix-etnoqrafiya bölməsi fəaliyyət göstərir. Burada müxtəlif dövrlərdə xaçmazlıların həyat tərzini və məişətini əks etdirən eksponatlar yerləşdirilib.

Gəncə və Mingəçevir məktəbliləri Xaçmaz xalça muzeyi və dövlət rəsm qalereyası ilə tanışlıqdan sonra Çənlibel parkına gəldilər. Parkda gəzintidən sonra məktəblilər doğma şəhərlərinə yola salındılar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında