Gəncədə Azərbaycan və Avropa gənclərinin birgə forumu işə başlayıb

 

Avqustun 21-də Gəncədə “ASAN könüllüləri” Gənclər Təşkilatı və Avropa Gənclər Parlamenti Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Arzuladığımız dünyanı innovativ gələcəklə quraq” gənclər

forumu öz işinə başlayıb.

AzərTAc xəbər verir ki, 15 ölkə daxil olmaqla, ümumilikdə, 70 nəfərədək gəncin qatıldığı forumun əsas məqsədi Azərbaycan ilə Avropa ölkələri arasında inteqrasiya, bilik və mübadilə proseslərini gücləndirmək, Azərbaycan gənclərinin ictimai fəallığını və sosial layihələrdə iştirakının inkişaf etdirilməsinə təşəbbüs göstərməkdir.

Forumda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. O,  gəncləri müzakirə ediləcək mövzular ətrafında daha fəal olmağa çağırıb, eyni zamanda,  2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçilən Gəncədə gənclərin fəallığının artırılması istiqamətində görülən işlərdən danışıb.

Tədbirdə “Avropa cəmiyyətlərinin mədəni və sosial-iqtisadi müxtəlifliyini nəzərə alaraq Avropa ölkələri hansı yollarla hər kəsə bərabər təhsil imkanlarını təmin edə bilər?”, “Əqli mülkiyyət hüquqlarının təmin və müdafiə olunması üçün Avropa ölkələri hansı tədbirləri görməlidir?”,

“Avropa İttifaqının ”Şərq Tərəfdaşlığı" Proqramına üzv ölkələrdə sosial xidmət sahəsindəki nöqsanlar və bu qüsurların aradan qaldırılması üçün üzv ölkələrdə hansı mümkün həll yolları irəli sürülməli və modellər qəbul olunmalıdır?" və s. mövzularda məruzələr dinlənilərək müzakirə edilib

Forum avqustun 24-dək davam edəcək. Bu müddət ərzində iştirakçıların Gəncənin maddi-mədəni abidələrinə, eləcə də tarixi yerlərinə ekskursiyaları təşkil olunacaqdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında