Böyük Vətən müharibəsi veteranları Bakıda Dövlət Bayrağı Meydanının açılmasını tarixi və unudulmaz hadisə kimi dəyərləndirirlər

Sentyabrın 3-də respublika Veteranlar Şurasında Leninqradın faşist blokadasından azad edilməsinin 65-ci ildönümü ilə əlaqədar xatirə medallarının təqdimat mərasimi olmuşdur.
Respublika Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının sədri Əlövsət Baxışov tədbiri açaraq, Leninqradın faşist blokadasından azad olunmasında rəşadət göstərmiş veteranları təbrik etmişdir. O bildirmişdir ki, Azərbaycanın minlərlə igid oğul və qızı Böyük Vətən müharibəsində misilsiz şücaət göstərmiş, alman faşizminə qarşı mərdliklə döyüşmüşlər. Bu müharibədə xüsusi qəhrəmanlıq göstərdiklərinə görə, neçə-neçə oğullarımız Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, müxtəlif orden və medallarla təltif olunmuşlar. Leninqradın faşist blokadasından azad olunmasında iştirak etmiş veteranlarımızın Xatirə Medalı ilə təltif olunmaları da bu qəbildəndir. Şuranın sədri Azərbaycanda müharibə veteranlarına göstərilən diqqət və qayğıdan söz açaraq demişdir ki, müstəqillik illərinin əvvəllərində Böyük Vətən müharibəsi veteranlarına münasibət birmənalı olmamışdır. Lakin ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra veteranlara münasibət tam dəyişmişdir. Böyük Vətən müharibəsi iştirakçılarına xüsusi diqqət və qayğı göstərilməyə başlanmışdır. Ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin fərman və sərəncamları ilə veteranlara dəfələrlə maddi yardımlar göstərilmiş, ehtiyacı olanlar pulsuz müalicə olunmuş, avtomobil və mənzillərlə təmin edilmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində müstəqil Azərbaycan dövləti inkişaf etmiş, çiçəklənmiş, beynəlxalq aləmdə nüfuzunu daha da artırmışdır. İki gün öncə paytaxtda Dövlət Bayrağı Meydanının açılışı və Azərbaycanın üçrəngli bayrağının qaldırılması müstəqilliyimizin əbədiliyinin və xalqımızın xoşbəxtliyinin əyani sübutudur.
Əlövsət Baxışov göstərilən diqqət və qayğıya, dövlətimizin inkişafındakı misilsiz xidmətlərinə görə Prezident İlham Əliyevə öz adından və veteranlar adından minnətdarlığını bildirmiş, veteranları və bütün azərbaycanlıları əlamətdar hadisə münasibətilə təbrik etmişdir.
Sonra xatirə medallarının təqdimatı olmuşdur.
Bu medallardan birinin sahibi, Sosialist Əməyi Qəhrəmanı, akademik, 95 yaşlı veteran İsmayıl İbrahimov çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.
Leninqradın faşist blokadasından azad edilməsində iştirak etmiş 30 nəfər Böyük Vətən müharibəsi veteranı da göstərilən diqqət və qayğıdan razılıqla danışmış, dövlətimizin başçısının siyasi kursunu bəyəndiklərini və dəstəklədiklərini bildirmişlər.
Veteranlar Bakıda Dövlət Bayrağı Meydanının açılmasını və bu meydanda Azərbaycanın üçrəngli bayrağının dalğalanmasını tarixi və unudulmaz hadisə kimi dəyərləndirmişlər.
Veteranlara Böyük Vətən müharibəsində xüsusi igidliklər göstərmiş, Azərbaycanın ilk sərhədçi general -mayoru Mustafa Nəsirovun həyat və fəaliyyətindən bəhs edən, "Hərbi nəşriyyat"da nəfis tərtibatla çapdan çıxmış "Sərhəddə xidmətə sədaqət" (Vernost Slujbe na Qranitse) kitabı və tər çiçəklər təqdim olunmuşdur.
Sonra veteranlar çay süfrəsi arxasında bu əlamətdar günü qeyd etmişlər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında