2015-ci il ilk Avropa Oyunları ilə bağlı Dənizkənarı Bulvarda bir sıra yeniliklər tətbiq ediləcək

 

2015-ci il ilk Avropa Oyunları ilə bağlı Dənizkənarı Bulvarda bir sıra yeniliklər tətbiq ediləcək.

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Trend-ə bildirib ki, Dənizkənarı Bulvarın hər iki istiqamətə genişlənən ərazisi 2015-ci il ilk Avropa Oyunlarına qədər insanların istifadəsinə veriləcək: “İlk Avropa Oyunları ilə bağlı Bakıda xarici qonaqların çox olmasını, eləcə də onların arasında turistlər, idmançılar, media nümayəndələrinin olmasını nəzərə alsaq, bulvarda fəaliyyət göstərən bütün kafe və restoranlarda POS-terminalların olması təmin ediləcək, hər kafe və restoranda, hər attraksionda xarici dil, xüsusilə də ingilis dili bilən insanların olması təmin ediləcək. Bulvarın ərazisindəki obyektlərin hamısında “Wi-Fi” sisitemi tətbiq olunacaq”.

N.Məcidov deyib ki, bulvar ərazisi genişlənəndən sonra dəniz gəzintisi marşrutu da genişləndiriləcək: “İndi gəmilər ancaq Dövlət Bayraq Meydanı və “Crystal Hall”un ətrafında fırlanır, bulvar genişlənəndən sonra isə bütün bulvarı əhatə edən marşrut istifadəyə veriləcək”.

Qeyd edək ki, Dənizkənarı Bulvarın ərazisi 6 kilometrdən artıqdır, bulvar hər iki istiqamətə genişləndikdən sonra ümumilikdə uzunluğu 15 kilometr olacaq.

N.Məcidov qeyd edib ki, yeni bulvar ərazisində həm yaşıllıq sahələri, həm çəmənliklər, ağaclıqlar, oturacaqlar, həm də işıqlandırma sistemi bir qədər fərqli ola bilər. Dənizkənarı Bulvar genişlənəndən sonra ərazidə fəaliyyət göstərən qatarların hərəkət marşrutu artırılacaq.

Xatırladaq ki, hazırda ərazidə qatar 3 marşrut üzrə hərəkət edir - Bakı Dəniz Vağzalından Saat qülləsi, oradan Dövlət Bayrağı Meydanına qədər və İdman Sarayından “Crystal Hall”un ətrafına qədər.

N.Məcidov bildirib ki, bulvarın mühafizə xidmətinin işçilərinin ingilis dilini mənimsəməsi istiqamətində işlər davam etdiriləcək: “Eurovision” mahnı müsabiqəsi ərəfəsində bulvar mühafizə işçilərinin təxminən 50 faizini ingilis dili kurslarına göndərdik. Onların əksəriyyəti bulvarda işləməkdə davam edir. Yəqin ki, dil bilməyənlərin də belə kurslar keçməsini təmin edəcəyik. Bizim mühafizə işçiləri arasında rus dilini bilənlər çoxdur, ancaq ingilis dilini bilənlərin də sayını artırmağı nəzərdə tuturuq”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında