Qədim Lahıcın sənətkarlıq| nümunələri bu gün dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəyir

 

Zərdab rayonunun ümumtəhsil məktəblərinin  bir qrup yuxarı sinif şagirdi “Ölkəmizi tanıyaq” tur-aksiyası  çərçivəsində avqustun 19-da İsmayıllı rayonuna gəldilər.

Günorta vaxtı rayon mərkəzindən 36 kilometr məsafədə yerləşən Lahıca çatan tur-aksiya iştirakçıları ölkəmizin qədim yaşayış məntəqələrindən biri kimi tanınan bu qəsəbə ilə ətraflı tanış oldular.

Lahıc sənətkarlarının hazırladıqları incə naxışlarla bəzədilən çoxsaylı məişət və bəzək əşyaları  ilə zəngin mağaza və emalatxanaların  sıralandığı baş küçə məktəblilərdə xoş təəssürat yaratdı. Burada onlara qəsəbənin coğrafi mövqeyi, tarixi, insanların məşğuliyyəti, qədim  və orta  əsr  memarlıq abidələri barədə geniş məlumat verildi. Bildirildi ki, XVIII-XIX əsrlərdə  misgərlik və silah istehsalı mərkəzi kimi tanınan Lahıcda 30-dan  çox sənət növü inkişaf  edib. Girdiman çayının sahilində yerləşən yaşayış məntəqəsi Azərbaycanın planla tikilmiş feodal dövrü şəhərlərindən biridir. Memarlıq quruluşu və abidələri ilə seçilən Lahıc 1981-ci ildən tarix-mədəniyyət qoruğu elan edilib. Burada yaşayıb-yaratmış misgərlərin, xalçaçıların, həkkakların, nəqqaşların, dabbaqların, çəkmə və çarıq tikənlərin və s. ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri  bu gün  dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəyir.

AzərTAc-a müsahibəsində qəsəbə ilə tanışlıqdan aldığı təəssüratlardan söhbət açan Zərdab rayonundakı Pərvanlı kənd tam orta məktəbinin XI  sinif şagirdi Xalid Xalidli dedi:  “Kür sahilində yerləşən  Zərdabın  və dağlar  qoynunda qərar tutmuş  İsmayıllının özlərinə məxsus olan gözəllikləri var. Daha yaxından  tanış olduğum  Lahıc qəsəbəsi mənə xoş anlar yaşatdı. Sanki keçmişə səyahət etdim. Buradan Qəbələyə, oradan isə Şəkiyə gedəcəyik.  Azərbaycanın  üç bölgəsi, onların qədim tarixi, bu  günü barədə bilgilər alacağıq. Bu, yay  tətili günlərində biz məktəblilər üçün çox  maraqlıdır.  Biz məktəblilərə belə bir şəraiti yaratdığına görə Prezidentimizə minnətdaram”.

Axşamçağı tur-aksiyanın iştirakçıları Qəbələyə   yola düşdülər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında